İmmun sistemini gücləndirən kəklikotu bitkisinin faydaları
27.12.2020 23:15

Kəklikotu əsrlərdir ki, ən faydalı bitkilərdən hesab olunur. Kəklikotu hər zaman daha çox qrip, zökəmin dərmanı sayılıb. Bu bitkinin tənəffüs yollarından tutmuş, immunitet sisteminə, ürək-damar, diş əti xəstəliklərinə qədər bir çox faydalarının olduğu məlumdur. Pandemiya dövründə sonsuz faydaları olan kəklikotuna tələbat daha da artıb.

 

Aztibb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəli bitkişünas Aktar Özfidancının sözlərinə görə, pandemiya dövründə kəklikotu və kəklikotu yağının satışında ciddi artım yaranıb. O, qeyd edib ki, bu bitki həm immunitet sistemini gücləndirir, həm də tənəffüs yollarının xəstəliklərinə yaxşı təsir göstərir. Mütəxəssis deyib ki, hazırda pandemiya dövründə olduğumuz üçün ən vacib məqam immunitet sisteminin gücləndirilməsidir. Kəklikotu immun sistemini gücləndirməklə yanaşı, tənəffüs sisteminə, ağciyərlərə müsbət təsir edir. Bundan başqa, ürək-damar sistemi, damarların atereosklerozu, qadınlarda menstruasiya pozğunluğu və psixoloji baxımdan narahatlıqlarla bağlı bir çox faydaları var.

 

Onun sözlərinə görə, kəklikotu yağını həm su ilə qarışdırıb, həm də birbaşa içmək effektivdir. Amma kəklikotu ən çox çay-dəmləmə şəklində istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama