Azərbaycanlı professorun adı dünyanın ən çox istinad olunan alimləri siyahısına daxil edilib
01.08.2020 18:43

Azərbaycanın görkəmli alimlərindən biri, Rusiya Elmlər Akademiyası Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyevin adı “Clarivate Analytics” şirkəti tərəfindən çap olunmuş hesabatda “Highly Cited Researchers” siyahısında ən çox istinad olunan alimlərin sırasında qeyd edilib.

 

S.Allahverdiyev fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələrində tanınmış mütəxəssisdir. Onun tədqiq etdiyi 2-ci fotosistemin (FS-2) elektron-nəqliyyat zəncirində fəaliyyətin əsasını təşkil edən ilkin mexanizmlərin, fotosintez zamanı elektronların təklif olunan energetik və kinetik yerdəyişmə sxemi bütün dünyada fotosintez üzrə dərsliklərə daxil edilib.

 

Alimin elmi araşdırmalarının nəticələri “Chemical Reviewers”, “Proceedings of National Academy of Science USA”, “The EMBO Journal”, “J Photochem. Photobiol”, “Photosynthesis Research”, “FEBS Letters” kimi nüfuzlu jurnallarda dərc edilir.

 

S.Allahverdiyev bitkilərin fiziologiyası və biokimyası, fotosintez və nanotexnologiyalara dair elmi əsərlər nəşr edən aparıcı beynəlxalq jurnalların, o cümlədən “Biochimica et Biophysica Acta (BBA-Bioenergetics)”, “International Journal of Hydrogen Energy”, “Journal of Photochemistry and Photobiology B: Biology”, “Frontiers in Plant Physiology”nin redaksiya heyətinin üzvüdür.

 

350-dən çox elmi məqalənin, 6 ixtiranın və 8 kitabın müəllifi olan S.Allahverdiyev dəvətli professor kimi çalışıb, həmçinin dünyanın 40-dan çox ölkəsində mühazirələr oxuyub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır