"Ağciyərinizdə heç bir şüşə, buz əmələ gəlmir, KT-yə tələsməyin" - Pulmonoloqdan ÇAĞIRIŞ
26.12.2020 10:13

Azərbaycanda koronavirus sözü ilə yanaşı aktuallaşan, insanların qorxulu kabusuna çevrilən "buzlu şüşə" bu gün yüzlərlə xəstəni əsasən də KT olunmaqla, lazımsız müayinələrə və müalicələrə məcbur edir.

 

Xəstələr elə bilir ki, virus ağciyərlərdə gerçək mənada şüşə və ya buz yaradır, müalicə almasa hətta bu şüşə bütün ağciyərləri tuta bilər. Bir çoxları isə el arasında "döyəcləmə" adlanan "postural drenaj" hərəkəti ilə ağciyərlərdəki buzun qırılacağını zənn edir.

 

Bunlar vaxtında düzgün aparılmayan maariflənmənin nəticələridir.

 

Aztibb.az xəbər verir ki, bu barədə uzman pulmonoloq Həsən Həsənzadə bildirib.

 

Həkim qeyd edib ki, bir çox ağciyər xəstəliyində, infeksiyon və ya qeyri-infeksiyon, buzlu şüşə görüntüsü ilə rastlaşa bilərik.

 

İnsanlar hələ koronavirus pandemiyasından öncə qrip və başqa tənəffüs yolu infeksiyalarında buzlu şüşə deyilən ağciyər dəyişikliklərinə məruz qalıblar. Sadəcə, həmin vaxt indiki qədər KT çəkilmədiyi üçün bunları görmür və bilmirdilər.

 

"Buzlu şüşə" sadəcə bir bənzətmədir, radioloji termindir. Kompüter tomoqrafiya cihazı kəşf olunandan var və yeni bir kəşf deyil.

 

"Pasiyentlərin yol verdikləri əsas səhv də virus təsdiqlənən kimi, KT çəkdirib müalicədən həmən sonra ikinci, hətta üçüncü təkrari KT çəkdirmələridir.

 

Xəstələr həkim göstərişi olmadan KT-yə üz tuturlar. Halbuki o, qısa müddətə təmizlənmir, təmizlənənə qədər də müalicə almağınıza gərək yoxdur. Pnevmoniyadan sonra bəzən aylarla buzlu şüşə qalmış ola bilər.

 
İnsanlara tövsiyəm odur ki, "buzlu şüşə" axtarışından əl çəksinlər. KT göstərişi həkim tərəfindən olmalıdır.

 

Hansı hallarda xəstəni KT- yə göndəririk: Xəstə ciddi təngnəfəslik keçirtdikdə, oksigen saturasiyası 92 %-dən aşağı olduqda, ciddi öskürək, halsızlıq olduqda, müalicə gedişində sağalmanın gecikməsi və ya gözlənilməz ağırlaşmalar olduqda, şəkərli diabet, orqan transplantasiyası olunmuş şəxslər və.s

 

Çox hallarda xəstələr test sonucu pozitiv olunca dərhal KT çəkdirir, nəticədə normal və ya kiçik sahədə dəyişikliyin olacağı gözləniləndir. Xəstəliyin sonunda isə KT çəkdirməklə patoloji sahənin çox olduğunu görür və ağırlaşdığını düşünür. Halbuki, bu, xəstəliyin təbii gedişatı və seyridir.

 

Əksər hallarda xəstələrə KT gərək olmur, gərək olduğu halları isə ixtisaslı və ya bu sahə üzrə ixtisaslaşmış həkim təyin etməlidir. Xəstəlikdən sağaldıqdan sonra isə "buzlu şüşə" üçün nələrsə etməyə ehtiyac yoxdur, zamanla özü geriləyəcək və ortadan qalxacaq.

 

Aktiv şəkildə hərəkət edən, yataq rejimində olmayan xəstələrin üz üstə (pron) yatmasına gərək yoxdur. Bunlar davamlı yataq vəziyyətində olan, ağır pnevmoniyası olan əsasən reanimasyon xəstələr üçündür. Qalxa və gəzə bilən xəstələrin isə davamlı hərəkətdə olması çox önəmlidir".

 

Təəssüf ki, KT diaqnozunda bu sözü başqa bir tibbi terminlə əvəz etmək artıq gecdir. Amma heç olmasa bundan sonra gənc, sağlam, normal insanların boşuna KT müayinə almasının qarşısı alınar.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
İcra başçısı Cəlilabad RMX-da müalicə alan şəhid anasını ziyarət edib