Mərkəzi Gömrük Hospitalı - 12 il sağlamlığın keşiyində
25.12.2020 15:18
Bu gün Mərkəzi Gömrük Hospitalının yaradılmasının 12 ili tamam olur.
2008-ci ilin 25 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospital Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır.
Bir çox yeniliklərə imza atmış Mərkəzi Gömrük Hospitalı qısa bir müddət ərzində Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə cevrilmişdir. Hospital ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuşdur. Fəaliyyət göstərdiyi bu illər ərzində Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarına və əhaliyə yüksək səviyyədə xidmət göstərmişdir.
Düz 12 ildir ki, Hospital 593 nəfərlik yüksəkixtisaslı kadr heyəti və 4 mindən artıq tibbi xidmət növü ilə əhalinin sağlamlığının keşiyindədir. 2018-ci ildə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İdarənin nəzdində Elmi Təcrübi və Tədris Mərkəzi yaradılıb. Həmin ilin oktyabr ayında Mərkəzi Gömrük Hospitalında rezidentura açılıb.
Hospitalın Azərbaycan Tibb Universiteti ilə imzaladığı ikitərəfli müqaviləyə əsasən Azərbaycan Tibb Universitetinin məzunları Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alırlar. Rezidentura təhsilinin əsas məqsədi ölkəmiz üçün savadlı, bacarıqlı, etibarlı həkimlər hazırlamaq, gələcəyin həkimləri olan bu tələbələri dəstəkləmək, onların bilik və bacarıqlarını təkmilləşdirməkdir.
2019-cu il mayın 3-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Türkiyənin Florence Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu memorandum tərəflər üçün tibb sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, inkişafına xidmət edir.
2020-ci ilin aprel ayından etibarən Mərkəzi Gömrük Hospitalında laborator müayinə imkanları genişləndirilərək yeni müasir PZR laboratoriyası fəaliyyətə başlayıb. Müasir Real vaxtlı PZR laboratoriya Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik səviyyəsi standartlarına tam cavab verir.
Koronavirus pandemiyası ilə əlaqədar 11 iyun 2020-ci il tarixindən etibarən Hospitalın işi yalnız COVID-19 xəstələrinin müalicəsinə həsr olunub. Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətlərinin ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilməsi burada ən ağır koronaviruslu xəstələrin müalicəsinə imkan verir. Bu il Mərkəzi Gömrük Hospitalında Philips İngenia Elition X 3.0 Tesla gücündə yeni MRT cihazı istifadəyə verilib.
Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazı ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalında istifadə edilmişdir. Təsadüfi deyildir ki, 2020-ci il iyul ayının 9-da Rusiyadan gəlmiş mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər söyləyiblər. Onlar Hospitalın COVİD-19 virusu ilə mübarizəyə hazırlıqda, avadanlıq və müalicə taktikası və müalicə sxemləri ilə bağlı yüksək professionallığını xüsusi qeyd ediblər.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi ölkəmizin bir sıra bölgələrində, o cümlədən Astarada, Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsində, Füzuli rayonunun Horadiz şəhərində xeyriyyə aksiyaları keçirib. Bu aksiyaların məqsədi Mərkəzi Gömrük Hospitalının səyyar tibbi xidmət briqadası ilə birlikdə regionlara çıxmaq, ən ucqar kəndlərə gedib ürək-damar problemlərindən əziyyət çəkən insanlarla bilavasitə təmasda olmaq, rayon yerlərində tibb xidmətlərinə əlçatanlığının artırılması məqsədi ilə insanlara ən yüksək texnologiyalar əsasında diaqnostik müayinələr aparmaq olmuşdur.
Bu il Azərbaycan tarixinə Qələbə ili kimi düşdü. Mərkəzi Gömrük Hospitalının da bir sıra əməkdaşlarının bu qələbənin qazanılmasında payları olub. Onlar da Vətənimizin igid oğulları ilə bərabər bu ölüm-dirim mübarizəsində yaxından iştirak ediblər. Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Racu Nəbiyev, patomarfoloq Emin Mirzəyev, əməkdaşlardan Nicat Həsənov, Kamran Mirzəyev ön cəbhədə qəddar düşmənlə qarşı-qarşıya döyüşüblər. Radioloq Eldəniz Hüseynov ikinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq arxa cəbhədə tibbi xidmət göstərib. Onlarla fəxr edirik!
Qürurverici haldır ki, bu il Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi həm də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibi olub.
Bu gün peşəkar və təcrübəli heyəti ilə Mərkəzi Gömrük Hospitalı nəinki gömrük işçiləri və onların ailə üzvlərinə, eyni zamanda respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən müasir səhiyyə ocağıdır. Mərkəzi Gömrük Hospitalının 12 illik fəaliyyəti münasibətilə bütün kollektivi təbrik edirik, hamıya uzun ömür, möhkəm can sağlığı, firavan həyat və tibb sahəsində yeni-yeni uğurlar qazanmağı arzulayırıq!
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

