Orqanizmin müqavimətini artıran - Meyvə çayları və onların faydaları
25.12.2020 11:47

Meyvə çayları meyvə, gilmeyvə və onların yarpaqlarından dəmlənən və orqanizmin müqavimətini artıraraq immuniteti yüksəldən çaylardır.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, meyvə çayının tərkibində müxtəlif efir yağları var. Bu çayları isti və soyuq halda içmək olar. Onların tərkibində kofein yoxdur, ona görə də meyvə çayını günün bütün saatında içmək mümkündür. Meyvə çayını istənilən meyvədən hazırlaya bilərsiniz. Bu çayların dadında və rəngində müxtəliflik hiss olunsa da onlar orqanizm üçün olduqca faydalıdır.

 

Meyvə çaylarının faydaları  

 
Meyvə çaylarının tərkibi vitamin və mikroelementlərlə zəngin olur. Bu çaylar orqanizmə tonuslandırıcı və hüceyrələri yeniləyici təsir göstərir.


Çiyələk, moruq, sitrus meyvələri, alma, armud, yemişan, banan, müxtəlif giləmeyvələr, ərik, üzüm, müxtəlif bitkilər və onların yarpaqlarından meyvə çayı dəmləmək mümkündür.


Hazırlanması:


Dəm çaynikinə meyvə dilimləri, yarpaqları və s. tökülür, üzərinə qaynar su əlavə edilib, bir-neçə dəqiqə dəmlənir. Meyvə çayını uzun müddət qaynatdıqda onun tərkibindəki efir yağları qaynayaraq uçur və çay dadlı olmur. Ən yaxşı dad almaq üçün dəmləməyə qoyulduqdan 10-15 dəqiqə müddətində çaynik odun üstündən götürülməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama