Qanın laxtalanmasının qarşısını alan - Təbii vasitələr 
25.12.2020 11:50

Qanın laxtalanma qabiliyyətinin çox olması bir sıra xəstəliklərə səbəb olur. İnfarkt, insult, tromboflebit, venaların varikoz genəlmələri, babasil və s. belə xəstəliklərin siyahısında ilk yerlərdə durur. Belə ki, laxtalanmaya meyilli qanda tromblar əmələ gəlir və bu tromblar qan damarlarında asanlıqla hərəkət edir. Trombların ürəkdə, beyin damarlarında tıxanıb qalması isə həmin nahiyəyə oksigenin getməməsinə səbəb olur. Tutulmuş nahiyəyə qanın işləməməsi həmin nahiyədə oksigen aclığına səbəb olur və xəstəlik əmələ gəlir.

 

Aztibb.az xəbər verir ki, bu patologiyaların baş verməməsi üçün qanın laxtalanmasını nəzarət altında saxlamaq və laxtalanma sürətini azaltmaq lazımdır. Qanın laxtalanmasının qarşısını almaq üçün çox dərman preparatları mövcuddur. Lakin qida rasionuna nəzarət edərək də qanınızın laxtalanmasının qarşısını almaq mümkündür.

 

Aşağıdakı qidalar qan laxtalanmasını azaldacaq, tromb əmələ gəlməsinin və bu səbəbdən meydana çıxan xəstəliklərin qarşısını alacaq.

 

Gün ərzində ən azı 5-6 stəkan adi su için. 

2. Gündəlik rasionunuza zeytun və ya kətan yağı əlavə edin.
3. Alma sirkəsini suya qatıb için. Bu zaman 1 çay qaşığı sirkəni 1 stəkan ilıq suda həll edin.
4. Hər gün qidanıza soğan və ya sarımsaq əlavə edin.
5. Limonlu su və ya limon şirəsi sıxılmış salatlar qanda tromb əmələ glməsinin qarşısını alır.
6. Çuğundur şirəsi qanı duruldur.
7. Tünd şokolad qəbul edin.
8. Balıq və balıq yağı qanın laxtalanmasının qarşısını alır.
9. Hər gün pomidor yemək və ya pomidor şirəsi içmək qanı duruldur.
10. Moruq, qara və ya qırmızı yemişan şirəsi, albalı, çiyələk, böyürtkən yemək qan laxtalanmasının qarşısını alır. Bunun üçün hər gün bu meyvələrin birindən ən azı 200 qram yemək lazımdır.
11. Hər gün qidalarda zəncəfildən istifadə edin.

 

Aşağıdakı qidalar qanın laxtalanmasına səbəb olur:
* ət bulyonu
* kolbasa
* hisə verilmiş qidalar
* ağ çörək
* qaymaq
* banan və manqo  
* bəzi bitkilər - pişikotu, gicirtkən, qarğıdalı saçağı, qırxbuğum, dazıotu və s.dəmləmələrini uzun müddət içdikdən sonra fasilə vermək və sonra yenidən qəbul etmək lazımdır.

 

Çoxlu miqdarda duzlu qida qəbulu, siqaret, sidikqovucular və hormonal preparatlar da qanın laxtalanmasına səbəb ola bilir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib