"Skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə təyin olunur" - Həkim-fizioterapevt
25.12.2020 11:36

Skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə təyin olunur və müalicə əsasən xüsusi idman hərəkətlərindən ibarət olur. Əsas müalicə üsulu alman mütəxəssisi Katarina Schroth tərəfindən hazırlanmış Schroth müalicəsidir. Hazırda  Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə Mərkəzi Gömrük Hospitalında tətbiq olunmağa başlanmışdır.

 

Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova skoliozun müalicəsi barədə danışarkən belə deyib. 

 

Həkim bildirib ki, skolioz xəstəliyi zamanı onurğanın əyriliyi ilə yanaşı, insanda skolioz qaməti formalaşır. Bədəndə əyriliyə uyğun yaranan bu qamət vərdişi əyriliyin daha da artmasına səbəb olur. Çox vaxt uşaqlar oturanda əyilirlər. Əzələ korseti zəif olduğuna görə və bu cür oturuşa vərdiş yarandığı üçün belə olur.  Schroth metodu ilə müalicədə bu səhv vərdişi – skolioz qamətini  aradan qaldıran hərəkətlərdən istifadə olunur. Skolioz qaməti hər yaş kateqoriyasında ola bilər və həmin idman hərəkətlərindən həm uşaqların, həm də böyüklərin müalicəsində istifadə olunur.

 

"Korset təyin etdikdə pasiyentin yaşı və xəstəliyin dərəcəsini qiymətləndiririk. Əməliyyat yalnız xəstəlik konservativ müalicəyə cavab vermədikdə və yuxarı dərəcəli skoliozlarda təyin oluna bilər. Əgər uşaqda skolioz 45-50° dərəcədən yuxarıdırsa və sümüklərin inkişaf dövrü davam edirsə, o halda pasiyenti spinal cərrahın məsləhətinə yönəldirik. Əməliyyat travmatik və ağır olduğuna görə, xəstəliyin erkən diaqnostikası və əməliyyatsız müalicəsi çox önəmlidir", - deyə həkim-fizioterapevt əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama