Pandemiya dövründə əvəzsiz vasitə - Zəncəfilin faydaları
24.12.2020 21:19
Zəncəfil insan orqanizmi üçün olduqca faydalı xüsusiyyətlərə malikdir. İnsan bədənində bütün toxumaları qan qidalandırır, zəncəfil isə qanı qidalandırır. Zəncəfil qan toxumalarının bütün hissələrinə çatıb onu tam qidalandıra bilir, qan dövranındakı pozğunluğu aradan qaldırır. Ayaqları daima soyuq olan insanlar gündə 3 dəfə bal ilə şirinləşdirilmiş zəncəfil çayı içərək bu problemlərdən xilas ola bilərlər.
Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-fitoterapevt Fizuli Hüseynov bildirib.
Həkim bildirib ki, bütün növ ürəkbulanmalarda (hamiləlik, kimyəvi terapiyadan sonra, beyin, mədə-bağırsaq mənşəli) əvəzsiz vasitədir. Ürəkbulanmalar zamanı təzə zəncəfil quru zəncəfildən daha faydalıdır. Bağırsaq spazmalarında, bağırsaqlarda köp hallarında zəncəfil çayının içilməsi bağırsaqların hərəki funksiyasını artırır, bağırsaq divarının keyfiyyətini artırır.
"Uzun illərdən bəri xalqımız zəncəfil qarışdırılmış balı bədən zəifliyində, immuniteti artırmaq üçün, halsızlıqlarda, baş gicəllənmələrində istifadə edir. Zəncəfil tozunun bal ilə qarışımı xroniki öskürəklərdə çox faydalıdır. Bu toz qarışımlı bal immun sistemini gücləndirməklə yanaşı, allergik bronxit mənşəli öskürəklərin müalicəsində də geniş istifadə olunur. Zəncəfildən arıqlamaq məqsədilə istifadə edə bilərsiniz. Zəncəfil çayı oksidləşmə reduksiya proseslərini artırır, yəni piylərin əridilməsini sürətləndirir. Bununla yanaşı, oynaq, əzələ, baş ağrılarında zəncəfil çayı əvəzolunmazdır. Revmatizmaların bütün növlərində zəncəfil həm müalicəvidir, həm də ağrıkəsici təsirə malikdir", - deyə F.Hüseynov əlavə edib.
Fitoterapevt soyuqdəymələrdə, qriplərdə, temperaturun yüksəlməsində faydalı olduğundan gün ərzində 8-10 stəkan zəncəfil çayının zoğal mürəbbəsi ilə tərləyənə qədər içilməsini məsləhət görür.
O, həmçinin boyun osteoxondrozunda bu bitkinin müsbət təsirlərindən danışıb. Bildirib ki, təzə zəncəfili ət maşınından keçirib bərabər miqdarda kartof əzməsi ilə qarışdırmaqla parçaya yaxıb təpitmə edərək onurğa üstündəki ağrılarda, diz artrozlarında, ümumiyyətlə bütün onurğa ağrılarında bağlamaq lazımdır. Belə hallarda zəncəfil mükəmməl bir ağrıkəsici rolunu oynayacaq.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

