“Forbes” səhiyyə sahəsində çalışan 50 yeni milyarderin siyahısını dərc edib
24.12.2020 12:16

Amerikanın “Forbes” jurnalı “BioNTech” və “Moderna” əczaçılıq kompaniyalarının rəhbərlərini koronavirus pandemiyası şəraitində səhiyyə sahəsində fəaliyyət göstərərək varlanan 50 yeni milyarder siyahısına daxil edib.

 

Jurnalın məlumatına görə, koronavirus pandemiyası bir çox əczaçılıq kompaniyası rəhbərlərinin və səhiyyə sahəsinə yatırım edən sərmayəçilərin varidatının xeyli artmasına şərait yaradıb. Burada, ilk növbədə, vaksinlərin və tibbi avadanlıqların hazırlanması ilə məşğul olan müəssisələrdən söhbət gedir.

 

“Forbes” səhiyyə sahəsində fəaliyyət göstərən 50 yeni milyarder aşkarlayıb. Bu ilin yeni milyarderlərindən ən görkəmliləri koronavirusa qarşı daha uğurlu iki vaksini hazırlayan kompaniyaların rəhbərləri olub. Onlardan biri ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech”, digəri isə Massaçusets ştatında yerləşən “Moderna” kompaniyalarıdır”, - deyə jurnalın saytında qeyd edilib.

 

“BioNTech” kompaniyasının türk əsilli baş direktoru Uğur Şahinin varidatı 4,2 milyard dollara yüksəlib. 2011-ci ildən “Moderna” kompaniyasına rəhbərlik edən fransalı Stefan Bansel isə var-dövlətini 4,1 milyard dollara çatdırıb. 2010-cu ildə “Moderna” kompaniyasına 5 milyon və 1,5 milyon dollar yatıran amerikalı sərmayəçilər Timoti Springer və Robert Langerin varidatı isə hazırda müvafiq olaraq 2 milyard və 1,5 milyard dollar həcmində qiymətləndirilir.

 

Çin, İtaliya, Hindistan, Kanada, İsveçrə, Honkonq və Danimarkadan olan bəzi kompaniya rəhbərləri və sərmayəçilər də yeni milyarderlər siyahısında yer alıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır