Həkim-infeksionist: Meyvə-tərəvəz və göyərtilər kimyəvi maddələrdən istifadə edilmədən soyuq su altında təmiz yuyulmalıdır
23.12.2020 22:56

Yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətli yayılmasına səbəb olan amillər çoxdur. Maskadan düzgün istifadə qaydalarının pozulması, dezinfeksiyanın vaxtı-vaxtında aparılmaması, eyni zamanda şəxsi gigiyena qaydalarına əməl edilməməsi və alınan məhsulların təmizliyinə laqeyd yanaşılması virusun yayılma tezliyini sürətləndirir. Ətrafımızda olanlardan gözlədiyimiz məsuliyyətli davranışı, ilk növbədə, hər kəs özü göstərməlidir.

 

Aztibb.az xəbər verir ki, həkim-infeksionist Aytən Ziyadova deyib: “Meyvə-tərəvəzlər 30 saniyə ərzində soyuq su altında yuyulmalıdır və bu zaman hansısa kimyəvi maddələrdən, sabun və fırçalardan istifadə olunmamalıdır, çünki onların içərisində olan kimyəvi maddələrin orqanizmə daxil olması qida zəhərlənməsinə səbəb ola bilər. Göy-göyərtilər 10-15 dəqiqə ərzində ilıq suda saxlanılandan sonra yuyulub süfrəyə verilməlidir”.

 

Qidaların düzgün şəkildə yuyulub təmizlənməsi gün ərzində açıq vitrinlərdə qalması və ona çoxlu toxunuşun olması ilə əlaqədardır. Virus daşıyıcısı olan insanların təması da yoluxmaya gətirib çıxara bilər. Ona görə də məhsula birbaşa toxunmamaq, satıcının köməyindən istifadə etmək daha düzgündür.

 

“Koronavirus pandemiyası zamanı virus hava-damcı üsulu ilə daha çox yayıldığına görə havada qalmır, lakin istənilən məişət əşyaları və qida məhsullarının üzərinə çökür. Ona görə həmin məhsulların yuyulmadan istifadəsi çox asanlıqla əvvəlcə yuxarı tənəffüs yolları, dörd-beş gün sonra isə aşağı tənəffüs yollarına enərək COVID pnevmoniyası yaradaraq ağırlaşmaya aparıb çıxarır”.

 

Bəzən xırda diqqətsizlik böyük fəsadlara səbəb olur. Gigiyenik qaydalara və təmizliyə düzgün əməl edilməsi xəstəliyə yoluxmadan yaşamağı təmin edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama