Tibbi əməkdaşlıq çərçivəsində İsraildən Azərbaycana humanitar yardım
23.12.2020 14:55

İsrail ilə Azərbaycan arasındakı tibbi əməkdaşlıq çərçivəsində İsrailin Azərbaycandakı səfirliyi tibbi avadanlıqların ilk hissəsini Azərbaycana təqdim edib.

 

Aztibb.az-ın məlumatına görə, müvəqqəti işlər vəkili Doron Pe'er tibbi avadanlıqları TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayevə və TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin protokol üzrə baş mütəxəssisi Ramin Burcəliyevə təhvil verib.

 

Doron Pe'er deyib: “İsrail səfirliyi Azərbaycan hökuməti ilə tibbi və humanitar əməkdaşlığı intensivləşdirir. Bu gün səfirlik TƏBİB vasitəsi ilə Azərbaycan xəstəxanalarını qabaqcıl tibbi avadanlıqlarla təmin etdi. Bu yardım oktyabr ayında Gəncədə və Bakıda göstərilən təcili tibbi və humanitar yardıma əlavə olaraq gəlib. Bir neçə həftə ərzində səfirlik tərəfindən daha çox tibbi avadanlıq təhvil veriləcək.

 

2020-ci il, davam edən qlobal pandemiya və minlərlə insanın yaralandığı və çox sayda insana təsir göstərdiyi silahlı qarşıdurma səbəbindən səhiyyə sistemi üçün çətin bir il oldu. İsrailin Azərbaycanla humanitar əməkdaşlığını gücləndirməsi təbii bir haldır, çünki dostlar belə çətin anlarda bunu edirlər.

 

2021-ci ilə hazırlaşarkən, ölkələrimiz arasında kənd təsərrüfatı, su idarəedilməsi və suvarma, infrastruktur, innovasiyalar, səhiyyə, ağıllı şəhər planlaşdırması və daha çox sahələrdə əməkdaşlığın artırılmasını gözləyirik.

 

İsrail səfirliyi qarşıdan gələn yeni ildə dost Azərbaycan xalqına can sağlığı, əmin-amanlıq və firavanlıq diləyir!”

 

3 (üç) ədəd Koaqulyator 400 HP TOUCH, LED və 6 (altı) ədəd EKQ 12 kanal ECG200S 80609274, Cardioline TƏBİB-ə təhvil verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır