Azərbaycan koronavirus peyvəndi üçün ilkin ödəniş edib
23.12.2020 10:31

“Vaksinlərin ölkəmizə gətirilməsində iki istiqamət müəyyən edilib. Onlardan biri çoxtərəfli platformadır. GAVİ (Qlobal vaksinasiya və immunizasiya) adlanan alyans mövcuddur. Həmin alyans bu il təxminən may ayında COVAX adlı təsisat yaradıb. Bu təsisatın əsas məqsədi ondan ibarətdir ki, dünyanın bütün ölkələrində vaksinlər ədalətli paylansın”.

 

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.

 

O, bildirib ki, Azərbaycan da özünü maliyyələşdirən ölkələr qrupunda buraya daxil olub və geniş müzakirələrdən sonra COVAX təsisatına qoşulub:

 

“Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun ictimaiyyətə nəzarət şurasının toplantısında da məruzə etmişik və şura üzvlərinin rəyi ilə ilkin ödənişlər olunub. COVAX təsisatı çərçivəsində Azərbaycana gələn il vaksinlərin təklif olunacağını gözləyirik. Bu təsisat çərçivəsində vaksini əldə edən ilk ölkələrdən biri olacağıq”.

 

TƏBİB sədri əlavə edib ki, bu gün təxminən 30-a yaxın vaksin tədqiqatçısının 7-8 vaksini ön plana çıxıb:

 

“Onlardan da 5-i daha ön plana çıxıb və 3-cü klinik faza mərhələsinə daxil olub. Biz də bu tədqiqatçıların təmsil olunduğu şirkətlərlə daim ünsiyyətdəyik və ikitərəfli danışıqlarımız gedir. Vaksinlərin əldə olunması növbəti ilin yanvar ayında gözlənilir. Dəqiq tarix məlum olan kimi ictimaiyyətə açıqlanacaq. Burada bizim üçün ən vacib meyar təhlükəsizlik meyarıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir