Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: "Dünya ölkələrində 160 uşaqdan biri autizmdən əziyyət çəkir"
24.02.2022 11:46

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova uşaqlarda ən çox rast gəlinən autizmin əlamətləri, autizimin medikamentoz və ya qeyri medikamentoz üsullarla müalicəsi və s. mövzularla bağlı suallarımızı cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir: 

 

 - Gülnarə xanım, uşağın autizmli doğulma ehtimalının risk faktorları hansılardır?

 

- Autizmin risk faktorlarına valideynlərin yaşı, ananın psixi və fiziki sağlamlığı, ekoloji faktorlar, qida və digər amillər aid edilir. Burada irsilik faktorunun da böyük əhəmiyyəti var. Nəsildə autizm spektr pozuntularından (ASP) əziyyət çəkən insanlar varsa, uşaqda da bunun olacağı istisna deyil.

Yaranma səbəbi elmə məlum olmayan ASP qızlara nisbətən oğlanlarda dörd dəfə çox rast gəlinir. Ümumiyyətlə, son 20-30 il ərzində ASP olan uşaqlarının sayının kəskin şəkildə artmasının şahidi oluruq. Statistik məlumatlara görə, dünya ölkələrində 160 uşaqdan biri ASP-dan əziyyət çəkir.

Qeyd edim ki, illər öncə uşaqlarda autizmin yaranmasını onlara vurulan peyvəndlərlə əlaqələndirirdilərsə, aparılan tədqiqatlar bu fərziyyələri təkzib edib.

 

- Uşaqlarda ən çox rast gəlinən autizmin əlamətləri hansılardır?

 

- Autizm spektr pozuntuları üçün ümumi xarakter daşıyan əlamətlər - məhdud maraqlar və davranış, təkrarlanmalar, nitqdə gerilik, hiperaktivlik, əhval-ruhiyyənin qeyri stabilliyi və sairədir. Ona görə də valideynlər uşağın doğulduğu andan 3 yaşına qədər ana qucağında olmaq istəməməsi, anası və digər yaxınları ilə əlaqə yaratmaması, uşağın ətrafda baş verən hadisələrə marağının olmaması, həmçinin ailə üzvlərindən birinə güclü bağlılığına diqqət yetirilməlidirlər. 3 yaşdan yuxarı isə, uşaqda digər insanların emosiyalarını çətin anlamaları, dostluq münasibətləri bağlaya bilməməsi, öz təşəbbüsü ilə əlaqə yaratmaması, komanda oyunlarında iştirak edə bilməməsi, ətrafdakılara qarşı tənhalıq nümayişi valideynləri narahat etməlidir.

 

- Autizm sindromu olan uşağa ilkin diaqnozu hansı həkim qoymalıdır?

 

- ASP olan uşaqların valideynləri ilk simptomları müşahidə etdikdə adətən uşaq poliklinikalarına müraciət olunmalıdır. Bu baxımdan sahə pediatrlarının üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqlarda problemləri tez bir zamanda aşkarlayaraq, düzgün diaqnoz qoyulması üçün mütəxəssislərin (psixopedaqoqlar, loqopedlər, psixoloqlar və s.) yanına yönəltməlidirlər.

 

- Autizimin medikamentoz və ya qeyri medikamentoz üsullarla müalicəsi nə dərəcədə faydalıdır?

 

- Autizmin dərman müalicəsi indiyə qədər mübahisəli məsələ olaraq qalır. Medikamentoz və ya qeyri medikamentoz üsulların kompleks istifadəsi uşağın ailəsi ilə psixoedukasiya və sosial iş ilə birgə aparılan müalicənin əsas prinsipidir. Uşaqda autistik əlamətlər aşkar edildiyi andan ona qarşı lazımi addımlar atılmalıdır. Hər bir uşaq üçün fərdi yanaşma seçilir. Erkən yaşlarından başlanan psixososial müdaxilələr (ABA-terapiya (ABA - Davranış analizin tədbiqi), TEACCH (Autistik əlil uşaqlar üçün kommunikasiya, müalicə və təhsil), CBT (Kognitiv davranış terapiyası) və s.) bir çox uşaqlarda müsbət nəticə verir.

 

- Sonda övladında autizm əlamətlərini hiss edən valideynlərə məsləhətiniz nədir?

 

- Uşaqlarda autizmin olması nə qədər tez aşkarlanarsa, göstərilən yardımlar daha da effektiv olacaq. Valideynlər övladlarına qarşı diqqətli olmalıdırlar. İlk növbədə, mütəxəssislərin erkən müdaxiləsi çox önəmlidir.

Ümumiyyətlə, autizm spektrli uşağı tərbiyə etmək ailə üçün böyük stressdir. Belə ki, bu sindromlu uşaqlara qulluq etmək böyük diqqət və dözüm tələb edir, çünki onların bəziləri həddən artıq fəaldırlar. Eyni zamanda, autizm spektrli uşaqların güclü tərəfləri istifadə olunmalıdır, çünki onların içərisində xüsusi fitri istedada malik olanlar da az deyil.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir