Ağızdan pis qoxunun gəlməsinin SƏBƏBİ
31.07.2020 18:49

Bir çox insan nəfəsindən gələn pis qoxudan xilas olmaq üçün yuxudan oyandıqdan dərhal sonra dişlərini fırçalayır.

 

Aztibb.az Med2.ru-ya istinadən xəbər verir ki, nəfəsdən pis qoxunun gəlməsinin səbəblərindən biri ağız gigiyenasının yaxşı olmamasıdır. Bu isə, anaerob bakteriyaların böyüməsinə və ağız xəstəliklərinin inkişafına səbəb olur. Bu vəziyyətdə dişləri yumaq yalnız bir müddət xoşagəlməz qoxudan xilas olmağa kömək edə bilər.

 

Ağız və dişlərdə xəstəlik varsa, təcili olaraq diş həkiminə müraciət edilməlidir. Mütəxəssislər hər yeməkdən sonra dişləri fırçalamağı, ildə iki dəfə diş həkiminə müayinəyə getməyi məsləhət görür.

 

Əgər ağız boşluğunda heç bir problem yoxdursa, o zaman mədə-bağırsaq traktının problemlərinə diqqət yetirilməlidir. Məlumdur ki, nə qədər çox ac qalınarsa, mədə-bağırsaq xəstəliklərinin inkişaf riski də bir o qədər yüksək olar. Uzun müddət ac qalarkan metabolik proseslər pozulur, qaraciyər, mədə və mədəaltı vəzi ilə problemlər yarana bilir. Uzun müddətli aclıq zamanı bədən özündə saxladığı yemək qalıqlarını həzm etməyə başlayır.

 

Belə ki, nəfəsdən pis qoxunun gəlməsi mədə şirəsinin turşuluğunun artması ilə müşayiət olunan mədə xorası və onikibarmaq bağırsaq xorasının da əlaməti ola bilər.

 

Mütəxəssislər bildirir ki, hər zaman gigiyenaya diqqət edilməli, müalicə təxirə salınmamalıdır. Nəfəsdən pis iy gələrsə, problemin nə ilə əlaqəli olduğunu dəqiq söyləyəcək mütəxəssislə əlaqə saxlanılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub