Minlərlə şəxs reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunub - Nazir Sahil Babayev
22.12.2020 14:37

Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial xidmət infrastrukturu müasir tələblərə uyğun qurulmaqla, sosial xidmətlə təmin olunan kateqoriyaların əhatə dairəsi və buna uyğun olaraq sosial xidmət müəssisələri şəbəkəsi genişləndirilir. Başlıca islahat istiqaməti kimi sosial xidmət sistemində tibbi modeldən sosial reabilitasiya modelinə keçid işləri də aparılır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib.

 

Nazir Azərbaycanda sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsi əsasında inkişaf etdirilməsi, çətin həyat şəraitində yaşayan şəxslərin sosial xidmətlərlə dolğun əhatə olunması üçün aparılan işləri qeyd edib. Həmin şəxslərin bu xidmətlərə əlçatanlığının artırılmasının, sosial xidmət sahəsində müasir yanaşmaların tətbiqinin, ixtisaslı kadr potensialı formalaşdırılmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

 

Bildirib ki, ölkəmizdə çətin həyat şəraitində yaşayan şəxslər üçün çoxspektrli sosial xidmətlər sistemi qurulub. Bu sistem müvafiq kateqoriyalardan olan şəxslərin müdafiəsinə, sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmalarına yönəlib. Əsas məqsəd sosial xidmətlə əhatə olunan insanların həyatlarında olan çətinlikləri bu xidmətlər nəticəsində aradan qaldırmaq, onların rifahında ciddi müsbət dönüşə nail olmaqdır.

 

S.Babayev son illərdə yeni yaradılan sosial xidmət müəssisələri, sosial sifarişlər əsasında minlərlə şəxsin reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunduğu, bu sahədə layihələrin ildən-ilə genişləndiyi barədə məlumat verib.

 

Sosial xidmət müəssisələrində 1000-dək vətəndaşın tam dövlət təminatında olduğunu qeyd edən nazir həmin vətəndaşlara həssas və qayğıkeş münasibət göstərilməsinin fəaliyyətdə əsas prinsip olduğunu diqqətə çatdırıb. Onların pandemiyadan qorunması üçün aparılan işləri, pandemiya dövründə 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxsə evlərində gündəlik sosial xidmətlər göstərildiyini deyib. Sosial xidmət müəssisələrində müasir yaşayış və reabilitasiya şəraitinin yaradıldığını, yaxın günlərdə daha bir sosial xidmət müəssisənin də əsaslı təmir və yenidənqurmadan sonra açılacağını diqqətə çatdırıb.

 

İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri və nümayəndə heyətinin rəhbəri Mikola Qnatovski Azərbaycanda sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılmasının, ölkədə bu sahənin inkişafı üçün aparılan işlərin təqdirəlayiq olduğunu bildirib.

 

Görüşdə vətəndaşların keyfiyyətli sosial xidmətlərlə təmin edilməsi sahəsində nazirlik tərəfindən görülən işlər, nümayəndə heyətinin ölkəmizə səfərinin, 1 saylı Psixonevroloji Sosial Xidmət müəssisəsində apardığı monitorinqin nəticələri, sosial xidmət müəssisələrində göstərilən xidmətlərlə bağlı fikir mübadilələri aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır