Koronavirusun yeni mutasiyası Ukraynada da ortaya çıxdı
22.12.2020 12:37

Ukraynada koronavirusun mutasiyaya uğramış yeni növü ortaya çıxıb. 

 

Aztibb.az xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə həkim Viktor Petrov məlumat verib.

 

“B.1.1.7 SARS-CoV-2” virusu Çexiyadan Ukraynanın Zakarpatya bölgəsinə gələn vətəndaşda aşkarlanıb.

 

“Xəstənin adı Nikolaydır və onda yeni virus aşkarlanıb. Bununla da, mutasiya olmuş yeni virus ortaya çıxmış oldu. Bu virus qrip və Hepatit C xəstəliyi kimi sürətlə yayılır”, - deyə Petrov qeyd edib.

 

Ukraynanın Avropa İttifaqındakı (Aİ) nümayəndəsi Nikolay Toçitskiy “Ukrayna Səhiyyə Nazirliyi Avropa Sağlamlıq Təhlükəsizliyi Komissiyası və Avropa Komitəsi ilə İngiltərədə ortaya çıxan virusun mutasiya növü ilə əlaqədar gündəlik məlumat mübadiləsi aparır və ünsiyyətdədir. Mövzu birbaşa Səhiyyə Nazirliklərinin mütəxəssisləri tərəfindən müzakirə edilir”, - deyə bildirib.

 

Qeyd edək ki, mutasiyaya uğramış yeni növ virus indiyə qədər İngiltərə, Danimarka, Niderland, Avstraliya, Cənubi Afrika və İtaliyada aşkar edilib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər