Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunan şəhid-həkim Mirlətif Ağayev 
22.12.2020 10:55

Vətən müharibəsi dövründə şəhidlik zirvəsinə ucalan gənc qəhrəmanlarımızdan biri də həkim-stomatoloq, tibb xidməti leytenantı Mirlətif Ağayevdir.

 

M.Ağayev 20 noyabr 1990-cı ildə Cəlilabad şəhərinin Göytəpə kəndində anadan olmuşdur. 1997-ci ildə Göytəpə 1 saylı məktəbinə 1-ci sinfə getmişdir. 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olmuşdur. 2013-cü ildə hərbi xidmətə yola düşmüş, 1 il 6 ay zabit kimi xidmət edərək 2015-ci ildə ehtiyata buraxılmışdır.

 

O, müharibənin ilk günlərindən cəbhəyə yola düşmüş, neçə-neçə yaralı əsgərə ilkin tibbi yardım göstərərək onları həyata qaytarmışdır. Oktyabrın 26-da Qubadlı istiqamətində gedən döyüşlər zamanı yaralıya ilkin tibbi yardım göstərmək istərkən qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə ucalmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamla Mirlətif Ağayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır