Müharibə dövründə həkimlərimiz millətə və məsləklərinə sevgilərini nümayiş etdirə bildilər
21.12.2020 23:02
Vətən müharibəsi dövründə həkimlərimiz istər ön, istərsə də arxa cəbhədə anındaca səfərbər olmaqla millətə və məsləklərinə sadiqliklərini və sevgilərini nümayiş etdirə bildilər.
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Rüfət Hüseynli 44 günlük Vətən savaşında yorulmaq bilmədən çalışan qəhrəman həkimlərimiz haqqında danışarkən deyib.
R.Hüseynli bildirir ki, müharibədə savaşan həkimlər arasında stomatoloqların, xüsusilə də üz-çənə cərrahlarının zəhmətinin qeyd edilməsi yerinə düşər: “Sıralarımızdan Vətən müharibəsində ən ali zirvəyə - şəhadətə yüksələn qəhrəman stomatoloqlar Mirlətif Ağayevin, Tariyel Salmanovun ruhları qarşısında ehtiramla təzim edir, onları sayğı ilə anırıq”.
Həkim qeyd edir ki, arxa cəbhədəki ixtisaslaşmış tibbi yardımdan fərqli olaraq, ön cəbhənin şərtləri başqadır. Burada kütləvi xəstə axınında ani qərarlar verilməli və şəraitə uyğun olaraq tibbi yardım göstərilməlidir. Bu işin təşkili isə xüsusi səriştə tələb edir. Məhz bu baxımdan, müharibə başlayan kimi könüllü olaraq ön sıralara yollanan ATU-nun Üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşı Oqtay Mehdiyevin əməyi olduqca böyükdür: “Oqtay Mehdiyev Gəncə və Füzuli Diaqnostika Xəstəxanalarında işləyib. Hadisələrin bütün qaynar məqamlarında peşə fəaliyyətindən başqa, eyni zamanda təşkilatçılığı və əzmkar mövqeyi ilə seçilib. Oqtay müəllimin Gəncədə dinc insanlarımıza qarşı törədilən vəhşi terror hücumlarının çəkilişini aparması sayəsində bu gün həmin hadisələri bütün dünyaya sübut etmək mümkündür. Bu fotolar həmin günlərdə dünya mətbuatının gündəminə çevrilməklə yanaşı, həm də informasiya müharibəsində haqlı mövqeyimizi əks etdirə bildi”.
R.Hüseynli bildirir ki, Oqtay Mehdiyevin danılmaz əməyi sayəsində Füzuli Diaqnostika Xəstəxanasında tibbin bütün sahələrində təmsil olunan həkim və tibb bacılarının səfərbər olması, komanda şəklində intizamlı xidməti baş tutdu: “Tibbi personal oradakı vəziyyətin müsbətə doğru dəyişməsində Oqtay həkimin rolunu çox yüksək qiymətləndirirdi. Bütün heyət bu qədər təlaşın və həyəcanın içində Oqtay müəllimin həm boynuna çəkdiyi işin öhdəsindən necə məharətlə gəldiyinin həm də həmkarlarına necə diqqət və qayğı göstərdiyinin şahididir”.
Doktor Rüfət Hüseynli cəbhə bölgəsinin bütün xəstəxanalarında həkim dostlarının adlarının fəxrlə xatırlanıb tanındığını söyləyir: “Müxtəlif istiqamətlərdə çalışan dostlarımızın xoş sorağını eşitmək fəxarət hissi yaradır. Burada ATU-nun Üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları olan Məhəmməd Davudovun, Cahid Məmmədovun, Rəşad Məmmədzadənin, habelə ilk günlərdən bu sıralara qatılan Vüqar Qurbanovun, Murad Osmanlının, Elnur Abdullayevin, Tural Məmmədovun, Elvin Quliyevin, Asim Nuriyevin, Malik Şirinovun və adlarını çəkmədiyim digər həmkarlarımızın da qeyd edilməsi yerinə düşər. Məhz onların peşəkarlıqla həyata keçirdikləri əməliyyatlarla bir çox yaralı döyüşçülərimizə ,eləcə də mülki insanlarımıza tibbi yardım göstərilmiş, zamanında ixtisaslaşmış tibbi yardım alınması zərurəti ilə arxa cəbhəyə - ATU-nun ağız, üz-çənə cərrahiyyəsi kafedrasına, habelə Silahlı Qüvvələrin baş hərbi hospitalına təxliyyələr həyata keçirilmişdir”.
R.Hüseynli bir məqamı da xüsusi vurğulamağı vacib bilir. Qeyd edir ki, Üz-çənə cərrahiyyəsi stomatologiyanın ən aparıcı, ən çətin bir qolu olmasına rəğmən, məhz stomatologiya ailəsində təmsil olunur: “Vətən müharibəsində ön cəbhədə ilk tibbi yardımın təşkili və həyata keçirilməsində stomatoloq həmkarlarımızın böyük rolu olub. Füzuli Diaqnostika Xəstəxanasına müraciət edən onlarla könüllü stomatoloqu görəndə, oradakı personalın özü çaşqınlıq keçirmişdi. Amma cəmi bir neçə saatdan sonra stomatoloqların burada olmasına görə bütün tibb heyəti sevinirdi. Həkimlərimiz xəstə qəbulunda, ilk yardımda, koordinasiyada, xəstə təxliyyəsində canla-başla çalışırdılar. Burada operativ təşkil olunan həyati vacib tibbi ləvazimatların çatdırılması tədbirləri də xüsusi qeyd edilməlidir. Ən kiçik görünən əmək belə, cəbhədə yüksək dəyərə sahibdir. Bəzən sadəcə yaralı birinin başını sığallamaq kimi...”
Müharibə günlərində həmkarlarının fəaliyyətini fəxrlə yada salan dokor R.Hüseynli şəhid həmkarlarının və əsgərlərin ruhu qarşısında ehtiramla baş əyir, qəhrəmanlarımızla qürur duyduğunu bildirir: “Gələcək nəsillərə bu zəfər dastanının canlı şahidi və bir parçası olduğumuzu vüqarla danışa biləcəyik. Var olun, dostlar. Biz bir ailəyik”.
Qeyd edək ki, həkimlərimiz elə bu gün də Qarabağda işlərini uğurla davam etdirirlər.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

