Evdə hazırlanan parça maskalar - Onlar bizi virusdan qoruyurmu?
21.12.2020 15:49

İnsanlar bilməlidirlər ki, parça maskalar onları virusdan qorumur, əksinə, onun yayılmasına daha çox şərait yaradır.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Tekstil Fabriki" MMC-nin rəhbəri Səkinə Babayeva bildirib. Onun sözlərinə görə, parça maskalar nə qədər yuyulsa, ütülənsə də mikroblar onun üzərində yenə də qalır:

 

“Evdə hazırlanan qoruyucu maskalar məsaməli parçadan tikilir. Bu maskaların tibbi maskalar ilə fərqi ondan ibarətdir ki, hazırlayan zaman müxtəlif şəxslərin ona əli dəyir. Maskanı hazırlayan şəxs özü bilmədən də virusun daşıyıcısı ola bilər. Lakin xüsusi müəssisələrdə istehsal olunan tibbi maskalara isə insan əli dəymir. Onlar hazır rulonda olur, üzəri sellofan və spirtə bulaşdırılmış xüsusi məhlulla örtülür. Rulon hazır şəkildə aparata yerləşdirilir və insan əli dəymədən maska hazırlanır, oradan da ultrabənövşəyi şüadan keçərək saxlanca yerləşdirilir”.

 

S.Babayeva bildirib ki, virus növündən asılı olaraq parça materialın üzərində 2-6 gün qala bilir:

 

“Vətəndaşlarımız elə bilirlər ki, parça maskanı yusalar, virus öləcək. Ancaq biz mikroskopla müşahidə etmişik - parça yuyulub, ütüləndikdə belə virus orada qalır. Xaricdə həkimlər xəstənin yatdığı otağa girən zaman öz geyimini çıxararaq əvəzində tulum geyinir, hətta palatadan çıxan zaman gedib yuyunurlar”.

 

MMC rəhbəri əlavə edib ki, bu gün yalnız fiber maskalar uzun ömürlüdür və onlar 60 dəfəyədək yuyulmaya davamlıdırlar:

 

“Qiymət baxımından baha olsa da, xüsusi fiber maskalar var ki, onlar daha uzunömürlüdürlər. Ancaq parça maskalar elə deyil. Bəzi vətəndaşlar bilmədən parça maskanı taxır, bəziləri isə, yalnız onları cərimə etməsinlər deyə geyinir”.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır