COVID-19 xəstələrinə təyin edilən yüksək dozada C vitamini qanın laxtalanmasına səbəb olur - həkim-pulmonoloq Əlizamin Sadıqov
21.12.2020 10:34

Tanınmış pulmonoloq, Amerika Həkimlər Kollegiyasının eksperti, tibb elmləri doktoru, professor Əlizamin Sadıqov sosial şəbəkədə COVID-19-la bağlı tövsiyələrini paylaşıb.

 

Aztibb.az həmin tövsiyələri təqdim edir:

 

 - Bütün həkimlər yüksək dozada C vitamini yazırlar. Ancaq bu düzgün deyil. Onsuz da bu virus qanı laxtalandıraraq ağciyər arter venoz trombozunu, insult, infarktı yaradır. Bu yandan da böyük doza C vitamini qanı qatılaşdırır. Ümumiyyətlə, C vitamininin patogenetik təyini də mənasızdır, çünki o ancaq kollagen yaradır. Bütün Bakı Azitromisin içir, ancaq heç bir təsiri yoxdur.

 

- Əgər ailədə bir adam COVID-19 tutulubsa, sözsüz hamısı tutulub. Kontaktda olanlar analizi neqativ çıxanlar da COVID-19-a yoluxmuş sayılır. 80% hallarda koronavirus simptomsuz keçir.

 

- COVID-19-un tüğyan etdiyi bir vaxtda adi qrip olmur. Ona görə kataral əlamətləri olan, analizi neqativ çıxan hər bir kəsə bu virusa yoluxmuş kimi baxılmalıdır. 14 gun evdə qalmalıdır. Adi qrip COVID-19-dan heç nə ilə fərqlənmir. Tək iybilmə, dad bilmə burada çox pozulur.

 

- Temperaturun 37,4-ə qədər olması norma sayılır. Asimptomatik COVID-19 xəstələrinə heç bir müalicə lazım deyil.

 

- Yüngül əlamətləri olan xəstələrə də müalicə lazım deyil, 14 gun evdə qalmaları və çox maye qəbul etmələri kifayətdir. Ancaq yaşlı, risk qrupuna aid xəstələrə antiviral ve antikoaqulyant müalicə təyin olunur.

 

- Antiviral dərmanlardan arbidolu, erqoferonu, tamiflunu boş yere qəbul etməyin, heç bir təsiri yoxdur. Yalnız Favipiravir tam təsdiqini tapmasa da, xəstəliyin erkən fazalarında 8-ci gününə qədər təyin edildikdə effekt verir.

 

- Təngnəfəsliyi olan ağır xəstələrə respirator distress sindromunda, sitokin qasırgasında Favipiravir təsir etmir. Burada Remdesevir öz effektliyini tam təsdiqləyib. Xəstəliyin 8-ci günündən intubasiya olmayanlara 5 gün, intubasiya olanlara 10 gün təyin olunur və çox effekt verir.

 

- Xəstəliyin əsas ağırlıq göstəricisi d-dimer və limfositlərin sayına baxmaq lazımdır. Limfositləri 0 olan xəstə ölur.

 

- Arterial trombozda aspirin, venoz trombozda antikoaqulyant təyin olunur. Türklər sağalandan sonra da aspirini 3 həftə içməyi məsləhət görürlər. Ağciyər arteriyalarının venoz trombozu təhlükəsində heparin və ya kleksanı 1 ay təyin etmək lazımdır. Belə olmadığı halda, bəzən Coviddən sağalmış xəstə xəstəliyin 28-ci günündə qəfildən ölür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama