Bu qarışım bol vitamin mənbəyidir - İstifadədən 3 gün sonra müsbət təsirini hiss edəcəksiniz
21.12.2020 09:46
Bananla balın qarışığı çox faydalıdır. Çünki hər ikisi bol mineral və vitamin mənbəyidir. Sevilərək həm uşaqlar, həm böyüklər tərəfindən istifadə olunur, qanazlığının müalicəsi üçün mükəmməl bir vasitədir.
 
Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. O, deyib ki,  sözügedən qarışım hemoqlabin azlığında, cinsi zəiflikdə, zəifliklə bağlı sonsuzluqda, halsızlıqda, imtahan öncəsi stres və yorğunluqda, görmə zəifliyində də əla bir vasitədir.
 
Həkimin sözlərinə görə, bu qarışım, həmçinin arıqlıqdan əziyyət çəkənlər, zəif uşaqlar üçün faydalı bir qida vasitəsidir: gündə 2 dəfə 1 ədəd banan çəngəllə əzilir və üstünə 50 qram bal əlavə olunub yaxşı-yaxşı qarışdırılır, yeməkdən 1 saat əvvəl yeyilir. Əgər çox şirin olsa, balı azalda bilərsiniz, bunu 1 ay yemək tövsiyə olunur. Yeməyə başlayandan 3 gün sonra müsbət təsiri hiss olunacaq.
 
"Bananın güclü bir enerji mənbəyi, balın isə həm enerji, həm də toxumalara qida daşıyıcısı kimi əvəzsiz olduğunu düşünsək, onda bu qarışım həqiqətən də mükəmməldir. Qeyd edim ki, şəkər xəstələri və təzyiqi yüksək olanlar istifadə etməməlidirlər", - deyə, o əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib