Çay və nar orqanizmi dəri xərçəngindən qoruyur
20.12.2020 19:57

Son illər xərçəng xəstəlikləri bütün dünyada vüsət alıb. Dəri xərçəngi halları da tez-tez müşahidə edilir.

 

Aztibb.az bildirir ki, aparılan araşdırmalar zamanı çayın bu növ xərçəngə müsbət təsir etdiyi və qalxan rolunu oynadığı məlum olub. Çayın tərkibində bol miqdarda güclü antioksidan mənşəli kateşin maddəsi var. Xüsusilə də təzə çay yarpaqlarından əldə edilən yaşıl çay daha faydalıdır. Antioksidant dərini zərərli şüalardan qoruyur.

 

Çay kimi nar meyvəsi də orqanizmə çox faydalıdır. Aparılan araşdırmalar nəticəsində narın dəri xərçəngi zamanı şişi kiçiltdiyi bildirilib.

 

Onun tərkibində bol miqdarda potasium, dəmir, kalsium, fosfor mineralları və C, B1, B2 vitaminləri olduğundan dərini qoruyur, qocalmağı gecikdirir.

 

Nar xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığı üçün sinə, prostat, mədə xərçəng növlərinə qarşı qoruyucu vasitədir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama