İmmunitet, bədən zəifliyi, vitamin və mineral çatışmazlığının çarəsi - Həkim-fitoterapevtdən məcun resepti
19.12.2020 23:38

Bu məcun həm çox dadlı, həm də faydalıdır. Məcun öz zəngin tərkibi ilə imunniteti əhəmiyyətli dərəcədə artırır. İstifadədən 3 gün sonra təsirini hiss etməyə başlayacaqsınız. O, gözlərin görməsini yaxşılaşdırır, ürəyin ritmini və vurma gücünü qüvvətləndirir, qan azlığı, başgicəllənmə üçün faydalıdır, adamı tox tutur, kalsium çatışmazlığı üçün faydalıdır, tərkibində sellüloza çox olduğundan bağırsaqların normal fəaliyyətini təmin edir. Məcun həm də güclü antioksidantdır, xərçəngin profilaktikası üçün faydalıdır. 

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fototerapevt Fizuli Hüseynov məlumat verib. O, şəfalı məcunun reseptini təqdim edib: 

 

  • Xurma – 300 qram
  • Əncir – 300 qram
  • Qara kişmiş – 300 qram
  • Qoz – 300 qram
  • Nar şirəsi – 1 stəkan
  • Bal – 1 stəkan

 

Həkim bildirib ki, məcunun hazırlanması zamanı meyvələrin quru olmasına fikir verilməlidir. 

 

"Meyvələr və qoz üyüdülür, bal ilə nar şirəsi bir-birinə qarışdırılır, sonra hamısı bir-birinə yaxşı-yaxşı qarışdırılır, şüşə balona tökülür, ağzı kip bağlanılır. Məcundan böyüklər gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı, uşaqlar isə bir çay qaşığı istifadə edə bilərlər. Məcun soyuq yerdə saxlanılmalıdır, 20 gün müddətində yeyilib qurtarılmalıdır. Dadı xoşagələndir". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama