Vəzərinin möcüzəvi faydaları
19.12.2020 13:43

Göyərtilər insan orqanizmini müxtəlif xəstəliklərdən mühafizə edir. Hər bir bitkinin orqanizmdə mühüm əhəmiyyəti vardır.

 

Aztibb.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin bitkilər üzrə mütəxəssisi Muammer Yıldız vəzərinin faydaları barədə danışıb. Bildirib ki, turpkimilər fəsiləsindən olan vəzəridən hamilələrin ilk 3 ayda istifadə etmək məsləhətdir.

 

Vəzəri tək halda yeyilməlidir. Hansısa göyərti və ya yeməklərlə yeyildiyi təqdirdə faydaları kəskin azalır. Tərkibi B6 vitamini ilə zəngindir. Həzm sistemini asanlaşdırır, bağırsaq sisteminə faydalıdır".

 

Həkim, ağciyər xərçənginə qarşı bu bitkinin sonsuz xeyrinin olduğunu qeyd edib:

 

"Vəzəri ağciyər xərçənginə yoluxan xəstələrin nəfəs almaqda çəkdikləri çətinliklərə qarşı məlhəmdir. Bir müddətdən sonra nəfəs almaq daha da asanlaşacaq".

M. Yıldız bu göyərti növünün qanazlığına da faydalı olduğunu vurğulayıb. Qeyd edib ki, dəmirə bağlı qanazlığınız varsa, ara yeməklər zamanı vəzəri yeyin.

 

Bununla yanaşı, o, vəzərinin daha bir sıra mühüm faydalarından bəhs edib:

 

"Prostat böyüməsi üçün ayda bir dəfə 5 gün ərzində istifadə edin. İltihablı revmatizma xəstəliyi olanlara da faydalıdır. Xoşxassəli prostat böyüməsi ilə bağlı şikayətiniz varsa, ayda bir dəfə 5 gün ərzində vəzəri kürüsünü tətbiq etmək mükəmməl nəticə verəcək".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama