“YAŞAT" yaralananlar və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa başlayıb
19.12.2020 13:42

"YAŞAT" Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutmaqla bərabər bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa da başlayıblar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, şəhid Fuad Haşımovun atası Haşımov Ceyhun Kamil oğlu 3-cü dəfə insult keçirdiyinə görə hazırda müalicə alır. Müddətindən asılı olaraq onun müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanacaq. Şəhid Şeydayev Rəfaelin anası Şeydayeva Cəmilə Saday qızı hazırda tənha yaşayır və xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün müraciət edib. “YAŞAT” Fondu tərəfindən məsələyə baxılıb və müalicə xərcləri dövlət tərəfindən qarşılanacaq. Müalicə ilə əlaqədar yaranacaq digər xərcləri isə Fond öz öhdəsinə götürüb.

 

Yalnız fərdi qaydada deyil, irihəcmli yardımlar da gerçəkləşir. Səhiyyə Nazirliyinin Buzovnada yerləşən Reabilitasiya Mərkəzində müalicələri davam etdirilən və “RGO” ortopedik cihazına ehtiyacı olan 6 qazimiz üçün bu cihazlar xaricdən sifariş edilib.

 

Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. "YAŞAT" Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının müəyyənləşdirilməsi və qarşılanması prosesi davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır