Burun qanaxmasını 5 dəqiqədə dayandıran ÜSULLAR
19.12.2020 13:10

Burun qanaxmaları çox zaman travma və ya yaralanma nəticəsində meydana çıxır. Normal burun qanaması zamanı zənn etdiyiniz kimi, çox miqdarda qan gəlməsi müşahidə olunmur. Lakin bəzən qanama miqdarı çox olduqda təcili dayandırmaq zərurəti yaranır. 

 

Aztibb.az xəbər verir ki, bu üsullar vasitəsilə qanaxmanı asanlıqla dayandırmaq mümkündür:

 

Qanı dayandırmaq üçün istifadə edə biləcəyiniz ən yaxşı üsullardan biri buzdur. Burnunuza əskiyə bükülmüş buzu qoyun. Rahat olacağınız şəkildə düz oturun. Qanın burundan tam axması üçün başınızı önə doğru əyin. Bu üsulla qanaxma azalacaq.

 

Bibər burun tutulmasını 5 dəqiqədən daha qısa bir müddətdə dayandırmaq üçün istifadə edilir. Ağız yolu vasitəsilə yeyildiyi zaman bu, vücudda qan axışına nəzarət etməyə kömək edir. 1 stəkan ilıq suya 1 çay qaşığı toz bibəri qarışdırıb için. Qanaxmanı dayandırmaq üçün qanaxmanın üzərinə də tətbiq edə bilərsiniz.

 

Vazelin burun qanaxmalarını dayandırmaq üçün istifadə edilir. Ən kiçik miqdarı belə ağciyərlərə daxil olarsa problem yarada bilər. Bu səbəbdən çox irəliyə çəkməyiniz məsləhət deyil.

 

Alma sirkəsi çox xəstəliyə kömək edir. Burun qanaxmaları zamanı da effektlidir. Alma sirkəsi qanın laxtalanmasını təmin edərək qanaxmanı dayandırır. Burun dəliyinizi alma sirkəli pambıq ilə basdırın 10 dəqiqə sonra qanaxmanız dayanacaq.

 

Mövsümi dəyişikliklər səbəbi ilə tez-tez burnunuz qanayırsa 2 çay qaşığı alma sirkəsini 1 stəkan ilıq su ilə qarışdırıb soyuq aylarda hər gün 3 dəfə için. Burun tıxanıqlığının qarşısını alacaq və arıqlamağınıza da kömək edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama