Hamiləlik zamanı uşaq əmizdirmək zərərlidirmi? 
19.12.2020 13:02

Bir çox analar körpələrinə süd verən zaman yenidən hamilə qalırlar.

 

Bəzi araşdırmalara görə, belə zamanlarda uşağı süddən kəsmək lazımdır. Belə ki, bu zaman südün keyfiyyətinin dəyişdiyi və zərərli olduğu bildirilir. Lakin  mütəxəsisslər bunun tamamilə yanlış olduğunu bildiriblər.

 

Onların sözlərinə görə, hamiləlik zamanı süd kanallarından gələn süd azala bilər. Qatılığı dəyişə biləcəyi üçün isə bu, körpə tərəfindən sevilməyə bilər.

 

Uşaq əmizdirən zaman hamilə qalan bir ananın südünün dadında və qatılığında dəyişikliklər meydana gəlir. Ginekoloqlar hamilə vəziyyətində körpəsinə süd vermək istəyən analara rahat olmalarını bildirərək qidalanmalarına diqqət etmələrini tövsiyə edirlər. Çünki bu zamanlarda həm körpə, həm də bətndəki döl ana vasitəsilə qidalandığı üçün qadın 3 nəfərin yeməyini yeməlidir. Əks halda qansızlıq, halsızlıq yaranar ki, bu da istər ana, istərsə də körpələr üçün çətin vəziyyət yarada bilər.

 

Qeyd edək ki, halsızlıq hamiləlik əlamətləri sırasındadır. Ancaq əmizdirən qadınlarda da yorğunluq, halsızlıq, gücsüzlük müşahidə oluna bilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib