Gündəlik rasiona daxil edilməsi zəruri olan - Brokkolinin faydaları
18.12.2020 18:16

Sinqapur Milli Universitetində aparılan tədqiqatlarına əsasən, probiotiklər və brokkolinin birləşməsi təəccüblü effekti verib. O, qalın və düz bağırsaq xərçənginin müalicəsində kömək edir. Probiotik komponentin əsasında E.coli Nissle bağırsaq bakteriyası dayanır. Alimlər brokkolidən xüsusi ferment hazırlayıblar. Laboratoriya şəraitində sınaqlar göstərib ki, bu qarışım xərçəng hüceyrələrinin 95%-ə qədərini məhv edir.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, həkim-diyetoloq Svetlana Fus brokkolinin az kalorili və faydalı maddələrlə zəngin olduğundan bu tərəvəzə hər gün rasionda yer ayırmağı məsləhət görür. Brokkolinin gündəlik istifadəsi bağırsaqların vəziyyətini yaxşılaşdırmağa və çəkini azaltmağa qadirdir. Ən optimal variant brokkolinin çiy halda istifadəsidir.

 

Brokkolinin tərkibində böyük həcmdə B9 (foli turşusu), C vitaminləri, beta-karotin, həmçinin bağırsaqların işi üçün əhəmiyyətli olan sellülozlar mövcuddur.

 

S. Fus brokkolinin əks göstərişlərindən də danışaraq qeyd edib ki, o, qalxanvarı vəzin funksiyası pozulmuş insanların (hipotireoz) sağlamlığına mənfi təsir edə bilər: "Brokkolidə olan izotiosinatlar yodun mənimsənməsini ləngidir və bu isə orqanizmdə onun defisitini gücləndirir".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza