Çoxlu şirniyyat yeyənlərin dərisində qocalanda hansı dəyişikliklər baş verir?
18.12.2020 13:16

Bəzi insanlar şirniyyata qarşı həddindən çox meyilli olurlar. Şirniyyatların tərkibində isə karbohidrat və şəkərin çox olduğunu nəzərə alsaq o zaman bu qidanın insan dərisinə təsirsiz ötüşməyəcəyini də bilməliyik.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər veirir ki, şirniyyatı çox yeyən insanların üzünün dərisində qocalanda aşağıdakı dəyişikliklər baş verir:

qıcıqlanmaya həssas
ləkəli və səpgilərə meyilli
sızanaqlı
solğun
boz ləkəli
gözaltı torbalı

 

Gündəlik yeyilən qidaların tərkibində şəkərin miqdarının normadan çox olması qəbul edilən qlükozanın kollagenlə əvəz olunmasının qarşısını alır. Bu zaman kollagen davamlılığını və elastikliyini itirir. Artıq qəbul edilən şəkər orqanizm tərəfindən işlənib həll oluna bilmədiyinə görə bədəndən xaric olmur və yığılıb qalır. Yığılıb qalan artıq şəkər isə orqanizm də dərialtı piy toxumasına çevrilir. Bu səbəbdən də şirniyyatdan çox istifadə edən adamların üzü yaşlandıqda iri olur.

 

Qida rasionunda şəkər və karbohidratlardan çox istifadə etmək bağırsaqların mikroflorasına mənfi təsir edir. Bu zaman dəridə iltihabi proseslər meydana çıxır. Bu isə ən çox üzün dərisində sızanaqlar şəklində özünü biruzə verir. Bəzən isə sızanaqlar çiyin və döş bölgəsinin dərisində də rast gəlinir.

 

Orqanizmə şəkər daxil olduqda orqanizm onu qanda neytrallaşdırmaq üçün insulin ifraz etməyə başlayır. Şəkərin qəbulu həddindən çox olduqda isə insulinin miqdarı buna çatmır və artıq şəkər qanda dövr edir. Bu isə özünü üzdə və buxaq nahiyədə dərinin rənginin dətişməsilə özünü göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama