Braziliyada koronavirusa qarşı peyvənddən imtinaya görə cəza verilə bilər
18.12.2020 10:23

Braziliya Ali Məhkəməsi hakimiyyətə koronavirus əleyhinə peyvəndlənməyə "dolayı yolla məcbur etməyə" icazə verdi. Müvafiq qanunlar qəbul edilərsə, səlahiyyətlilər peyvənddən imtina etdiklərinə görə vətəndaşlara məhdudiyyətlər tətbiq edə biləcəklər.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə yerli "Folha" nəşri xəbər yayıb.

 

Məhkəmə kolleqiyası əhalinin məcburi vaksinasiyası məsələsını nəzərdən keçirərkən hakim Rikardo Levandovskin yalnız "dolayı yolla" məcbur etmək imkanı təklifini dəstəklədi. "Dolayı yolla" məcbur etmə deyərkən bəzi yerləri ziyarət etmək və ya müəyyən fəaliyyətlərlə məşğul olmaq imkanlarına qadağalar nəzərdə tutulur.

 

Eyni zamanda, hakimlər peyvəndləmə üçün şəxsin razılığını tələb edildiyini bildiriblər və insanları zorla peyvənd etmə qərarının konstitusiyanın açıq şəkildə pozulması olduğunu vurğulayıblar.

 

Ölkə hökuməti 2021-ci ildə milli sanitar tənzimləyici Anvisa tərəfindən təsdiqlənmiş peyvəndlərdən istifadə edərək ölkənin bütün əhalisini koronavirusa qarşı aşılamağı planlaşdırır. "AstraZeneca", "Sinovac" və "Pfizer/BioNTech" tərəfindən istehsal olunan ilk koronavirus peyvəndlərinin yanvar və fevral aylarında Braziliyaya göndəriləcəyi əvvəllər bildirilib. Bu yüklərin gözlənilən həcmi 25 milyon dozadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb