Ağız boşluğunun mikrobiomu ağciyər xərçəngi riskini müəyyən edə bilər - Araşdırma
17.12.2020 15:51

Ağız boşluğunun mikrobiomu (ağız içində yaşayan mikroskopik canlıların hamısı) siqaret çəkməyən insanlarda ağciyər xərçəngi riski ilə bağlı ola bilər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə "Thorax" jurnalında bildirilir.

 

Alimlər Şanxayda aparılan tədqiqat zamanı bütün həyatı boyu siqaret çəkməyən, 1996-2006-cı illər ərzində tədqiqata cəlb edilən və hər 2-3 ildən bir sağlamlıqlarına nəzarət edilən qadın və kişilərin sağlamlığı üzrə məlumatlardan istifadə ediblər.

 

Tədqiqata qəbul zamanı iştirakçıların ağız boşluğundan mikrobiom nümunəsi götürülüb, həyat tərzi, pəhriz, xəstəlik tarixçəsi, xəstəlik riskinə təsir edə bilən ətraf-mühit amilləri haqqında məlumat alınıb.

 

90 qadında və 24 kişidə ağciyərlərin xərçəngi orta hesabla yeddi il ərzində inkişaf edib. Bu hal eyni yaş və cinsdə olan siqaret çəkməyən, eləcə də mikrobiom nümunəsi verən 114 insanla müqayisə edilib. Bu qrupda ağciyərlərin xərçəngi müşahidə olunmayıb, lakin onlarda analoji təhsil səviyyəsi və ailəvi xəstəlik tarixçəsi mövcud olub.

 

Hər iki mikrobiomun müqayisəsi fərqləri göstərib. Bakteriyaların daha geniş spektri ağciyərlərin xərçənginin inkişafının daha aşağı riski ilə bağlı olub. Bacteroidetes və Spirochaetes növlərinin böyük həcmi daha kiçik risklə bağlıdır. Firmicutes növlərinin böyük həcmi yüksək risklə əlaqəlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza