Azərbaycan üzrə 1500-ə yaxın rezident məzun olub - ATU
17.12.2020 14:51
ATUREK-8 konfransına 120-dən çox elmi iş təqdim olunub.
Azərbaycanda yüksək ixtisaslı tibbi kadr hazırlığında müstəsna əhəmiyyət daşıyan rezidentura təhsilinə 2011-ci ildən start verilib. 2013-cü ildən başlayaraq Azərbaycan Tibb Universiteti (ATU) rezidentura üzrə ilk məzunlarını buraxmağa başlayıb. İndiyədək respublika üzrə 1454 rezident məzun olub. Aztibb.az xəbər verir ki, bu barədə Rezidentlərin VIII Elmi-Təcrübi Konfransında (ATUREK-8) məlumat verilib. Konfransın məqsədi tibbin müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşılması və müzakirə edilməsindən ibarətdir.
ATU-nun 90 illik yubileyinə həsr olunmuş onlayn ATUREK toplantısında açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, indiyədək məzun olan 550-dən çox rezident məhz ATU 40 ixtisas üzrə bitiriblər: “Məzun rezidentlərimizin əksəriyyəti respublikamızın müxtəlif bölgələrində müasir diaqnostika mərkəzlərində və xəstəxanalarda həkim kimi çalışır, bir qismi isə kafedralarımızda elmi-tədqiqat işləri və pedaqoji fəaliyyətlə məşğul olurlar. ATU-da təhsil alan rezidentlər arasında Rusiya, İran, Türkiyə, Qazaxıstan, İordaniya, Gürcüstan, Əfqanıstan və digər xarici ölkə vətəndaşları da var. Bununla yanaşı, hər il təxminən 70-80 nəfər rezidentimiz xarici ölkələrdə, o cümlədən, Türkiyə, Almaniya, İsveç, Fransa, Amerika Birləşmiş Ştatları, İran və digər ölkələrin klinikalarında 4-10 ay müddətində rotasiyalarda olur, müxtəlif konfrans və seminarlarda iştirak edirlər. Artıq bütün ixtisaslar üzrə bizim məzunlarımız var və onlar ölkəmizin müxtəlif klinikalarında və bəziləri kafedralarda assistent və doktorant kimi uğurla fəaliyyət göstərirlər”.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli ATUREK iştirakçılarını Azərbaycan ordusunun qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edərək indi diqqəti digər savaşa – koronavirusla mübarizəyə yönəltməyin vacib olduğunu da bildirib. Rektor qeyd edib ki, il boyunca Azərbaycan Tibb Universitetinin klinikaları və həkimləri pandemiya ilə mübarizənin ön sırasında olaraq, bu aylar ərzində yüzlərlə insanı həyatını xilas ediblər, minlərlə insanı sağlamlığını qovuşdurublar və indi də bu layiqli və şərəfli savaşı davam etdirirlər. Professor G.Gəraybəyli ölkəmizdə fəaliyyət göstərən bütün bazalardan olan rezidentləri ATUREK-8-in işində fəal iştirak etməyə çağıraraq, onlara və rəhbərlərinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən ATU-nun rezidentura şöbəsinin müdiri professor Nailə Sultanova qeyd edib ki, gənc ixtisasçı həkimlərin həm elmi cəhətdən və həm də təcrübi cəhətdən tam formalaşmaları üçün elmi praktik konfransların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, ATUREK-9-in də böyük önəmi var. Professor N.Sultanova Tibb Universitetinin Klinikalarında rezidentlərin uğurlu təhsili və praktiki fəaliyyəti yaradılan hərtərəfli şərait haqqında geniş məlumat verib. Həmçinin COVİD-19-la amansız savaşda ATU rezidentlərinin də aktiv iştirakı, peşəkar həkimlərlə yanaşı onların da xəstəliklə mübarizə aparmasından, xəstələrə yüksək səviyyədə qulluq etdiklərindən danışıb. N.Sultanova ATU-nun professor-müəllim heyətinin, tələbələr, rezidentlər və magistrlərinin indiki mürəkkəb və çətin bir dövrdə üzləşdiyimiz hər bir sınaqdan uğurla çıxacağından əminliyini bildirib.
Sonra ATUREK-8 konfransında təqdim olunan elmi işlər təqdim olunur. Qeyd edək ki, bu il konfransa 28 ixtisas üzrə 128 elmi iş təqdim edilib. Həmçinin, rezidentlərlə yanaşı, ATU-da təhsil alan magistrlər tərəfindən də 30 elmi iş təqdim olunub.
Konfransda o cümlədən “COVID-19-la mübarizədə Rezidentlərin rolu”, “COVID-19-un differensial diaqnostikası”, “COVID-19-a yoluxmuş xəstələrin ağırlıq dərəcələrinin qiymətləndirilməsi” kimi aktual mövzular ətrafında ATU-nun aparıcı əməkdaşlarının müzakirələri aparılıb. Konfransda təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işləri səsli şəkildə dinlənilib.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

