Azərbaycanda həkimlər üçün yeni "Doctonline" görüş sistemi istifadəyə verilib
17.12.2020 10:54

COVID-19 pandemiyası ilə mübarizə ərəfəsində Azərbaycanda həkimlər üçün “Doctonline” adlı yeni onlayn görüş sistemi istifadəyə verilib.

 

İnsanların həkimlərlə ünsiyyətinə daha çox tələbatın olduğu zamanda istifadəyə verilən “Doctonline”, həkimlərin zamanına qənaət edən, pasientlərlə görüşünü asanlaşdıran və pulsuz veb sayt xidməti verən bir sistemdir.

 

Yeni məhsulun fərqli xüsusiyyətləri nələrdir?

 

Vaxta qənaət

 

Tətbiqin qəbul sistemindən istifadə edərək siz vaxtınızı telefon danışıqlarına və ya yazışmalara sərf etməyəcəksiniz. Qəbul barədə pasientə “Doctonline” tərəfindən SMS bildirişi göndərilir.

 

Pasientlərin rahatlığı

 

Pasientlər canlı növbədən qurtulmuş olacaq.

 

24 saat qəbullarınızın yanınızda olması

 

Harada olursanız olun, bütün məlumatlar əlinizin altında olacaq.

 

Pulsuz veb-sayt

 

Həkimlər qeydiyyatdan keçərək və şəxsi məlumatlarını əlavə etməklər artıq qısa müddətdə veb-sayta malik olacaqlar.

 

SMS xatırlatma

 

Pasientə görüş vaxtından 1 saat əvvəl xatırlatma üçün SMS bildirişi göndərilir.

 

Qeyd edək ki, xidmətdən həm web, həm də mobil tətbiq versiyası ilə istifadə etmək olar.

 

Ətraflı məlumat üçün: www.doctonline.com

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır