Orqanizmdə yod çatışmazlığını bildirən 9 əlamət
17.12.2020 10:18

Yod insan orqanizminin sağlam yaşaması üçün lazım olan 30 mikroelementdən biridir. Yod orqanizmdə qalxanvari vəzin sintezi nəticəsində əmələ gəlir.

 

Trieoid hormonunun tərkibinin 65%-ni yod təşkil etdiyini nəzərə alsaq o zaman yodun orqanizm üçün nə qədər vacib olduğunu demək çətin deyil.

 

Yodun çatışmazlığı digər hormonların ifrazına mənfi təsir edir,ürək-damar, sümük, həzm sistemi xəstəliklərinə səbəb ola bilir. Yodun orqanizmdə çatışmazlığı piylənməyə də səbəb olan amillərdən biridir. Yod çatışmazlığı orqanizmdə bir çox digər patologiyaların meydana gəlməsinə səbəb olur.

 

Bəs orqanizmdə yodun çatmadığını hansı əlamətlərdən bilmək olar?

 

1 Xroniki yorğunluq

 

Halsızlıq, yuxululuq, gücsüzlük orqanizmdə yod çatışmazlığını bildirən əsas əlamətlərdən biridir. Yodun çatışmazlığı fiziki aktivliyi azaldır, əzələ gücünün azalmasına səbəb olur. Xroniki yorğunluq yod çatışmazlığının əsas əlamətlərindən ən başda gələnidir.

 

2 İmmunitetin düşməsi

 

İmmunitetion aşağı düşməsi parazit xəstəliklərinin, virus xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.Yod çatmaqdıqda bədəndə əmələ gələn yaralar gec sağalır. Bunu aradan qaldırmaq üçün isə yodomarin, kali yodid və s. qəbul etmək lazımdır.

 

3 Şişkinlik

 

Əllərdə və ayaqlarda şişkinliyin əmələ gəlməsinə səbəb olan amillərdən biri də yod çatışmazlığıdır. Su-duz mübadiləsinin pozulmasının səbəblərindən biri də yodun orqanimdə yetərincə olmamasıdır.

 

4 Aybaşı pozğunluğu

 

Aybaşı pozğunluqları orqanizmdə baş verən yod çatışmazlığı səbəbindən baş verə bilir. Yodun defisiti qadın hormonlarına təsir edir və aybaşının gecikməsinə və ya miqdarının azalmasına səbəb olur.

 

5 Anemiya

 

Yodun çatışmazlığı metobolizmin aşağı düşməsinə səbəb olur. Bu zaman isə orqanizmdə dəmir defisit anemiya meydana gəlir və hemoqlobin aşağı düşür.

 

6 Artıq çəki

 

Çkinin artmasına səbəb olan amillərdən biri də orqanizmdə yod çatışmazlığının olmasıdır. Belə ki,maddələr mübadiləsinin, su-duz mübadiləsinin pozulması orqanizmdə artıq mayenin və piy toxumasının yığılmasına səbəb olur.

 

7 Təzyiqin aşağı olması - hipotoniya

 

Yodun çatışmazlığı ürəyin funksiyasına mənfi təsir edir. Bu zaman ürək fəaliyyətini normal yerinə yetirə bilmir və bu fonda hipotoniya inkişaf edir. Bu zaman xəstələrdə baş hərlənməsi, təngnəfəslik, baş ağrıları, tərləmə və yorğunluq müşahidə edilir.

 

8 Ağıl zəifliyi

 

Baş beyinin işinin ləngiməsi, diqqətin azalması, yaddaşsızlıq, intellektin aşağı düşməsi, əqli zəiflik yod çatışmazlığı zamanı beyinə yod defisiti siqnallarının çatması səbəbindən baş verə bilir. Proses dərinləşdikcə əsəb xəstəlikləri və depressiya da inkişaf edə bilir.

 

9 Pis əhval ruhiyyə

 

Yodun çatışmazlığı insanın əhval ruhiyyəsinıə birbaşa təsir edir. Belə ki,uzun müddət yod çatışmazlığından əziyyət çəkən adamlarda kefsizlik, ətrafdakılara qarşı laqeydlik hissi yaranır.
Mütəxəssislər yuxarıda sadalanan əlamətlərin meydana çıxdığı zaman mütləq həkimə müraciət etməyi məsləhət bilir. Sadalanan əlamətlərin sizin ətrafınızdakı adamlarda da olduğu zaman onu mütləq həkimə getməyə məcbur edin.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib