Hande Harmancı: Səhiyyə sahəsində çatışmazlığı daha çox münaqişə bölgələrinə yaxın yerlərdə müşahidə etdik
16.12.2020 20:52

Səhiyyə sahəsində çatışmazlığı daha çox münaqişə bölgələrinə yaxın yerlərdə, xüsusilə Tərtər və Ağdamda müşahidə etdik. Bu da gözlənilən bir şeydir. Həmin ərazilərdə uzun illərdir münaqişə səbəbindən gərginlik var. Səhiyyə işçilərinin həmin yerlərə gedib özlərini təhlükəsiz hiss etmələri və tibbi xidmətlər göstərmələri üçün şərait çətindir.

 

Aztibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqində ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

Onun sözlərinə görə, sonuncu müharibədə də səhiyyə işçilərinin daha təhlükəsiz yerlərə getməyi gözlənilən idi: “İndi həmin yerlərdə çatışmayan səhiyyə işçilərini geri gətirmək çox vacibdir. Bununla bağlı işlər görülür. Bir sıra layihələrlə Azərbaycana dəstək olduğumuz kimi, bəlkə bu məsələdə də kömək edə biləcəyimizi düşünürük. Amma təbii ki, bu qısamüddətli olacaq. Uzunmüddətli həll üçün yenidən planlaşdırılmanın olması lazımdır. Bu səbəbdən biz həm Səhiyyə Nazirliyi, həm də TƏBİB-lə birgə çalışmaq istəyirik ki, uzun müddət üçün səhiyyə işçilərinin planlaşdırılmasını edək. Ancaq belə uzunmüddətli plan olarsa, həmin məsələnin həllinə nail ola bilərik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər