Azərbaycanın ilk qadın pediatr alimi dünyasını dəyişib
16.12.2020 14:28
Dekabrın 16-da Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, tibb elmləri doktoru, professor, akademik Ədilə Namazova ömrünün 94-cü ilində dünyasını dəyişib.
 
Azərbaycanın ilk qadın pediatr alimi, istedadlı pedaqoq, dünya şöhrətli alim Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.
 
Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.
 
1965-ci ildən ATU-nun I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində olub. Elə həmin il tibb elmləri doktoru dərəcəsi alıb. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Ədilə Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
 
Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Ədilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. Ə.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Ədilə Namazova 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olub.
 
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur.
 
Akademik Ədilə Namazovanın təltif və mükafatları:
 
1. Azərbaycan Respublikasının "Şöhrət" ordeni (1996);
2. Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011);
3. Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (2016):
4. Dövlət mükafatı laureatı (1981);
5. Əməkdar elm xadimi (1982);
6. ”Akad. M.Topçibaşov mükafatı laureatı və medalı” (2005);
7. Azərbaycan Pediatrlar Assosiasının Prezidenti
8.Ümumdünya Pediatrlar Assosiasının Rəyasət Heyətinin üzvü
9.Türkdilli ölkələrin Pediatrlar Assosiasiyasının vitse prezidenti.
10. Avropa Pediatrlar Assosiasının üzvü.
11. Səhiyyə əlaçısı (1975);
12. Moskvanın və bütün Rusiyanın Patriarxının "Müqəddəs Çar Dimitri Ordeni" (2007);
13. Azərbaycan Milli Elmlər Akademiyasının “Akademik Miəsədulla Mirqasımov mükafatı” ( 2016)
14. Rusiya Pediatrlar İttifaqının “Akademik G.Speranski Medalı” (2016)
 
Allah rəhmət eləsin!
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır