Miokarditin xüsusi formaları
15.12.2020 10:23

Miokarditin xüsusi formaları içərisində Abramov-Fidler idiopatik miokarditi ayrıca vurğulamaq lazımdır.

 

Aztibb.az xəbər verir ki, bu miokardit ürək əzələsinin allergik mənşəli ağır zədələnməsi ilə xarakterizə olunan və qısa müddətlə ölümlə nəticələnən xüsusi formasıdır.

 

Xəstəliyin əmələ gəlmə səbəbi tibb elminə tam məlum deyil. Amma miokarda virusların invaziyası və qeyri-spesifik allergik iltihabın formalaşması barədə fərziyələr mövcuddur.

 

Xəstəliyin kliniki şəklində ürəyin işemik xəstəliklərini xatırladan güclü anginoz sindrom üstünlük təşkil edir. Xəstəlik kəskin başlayıb, tədricən inkişaf edir. Miokardın bu forması ilk mərhələlərdə xoşxassəli olur. Sonralar xəstələrdə ürək böyüməyə başlayır və aparılan adekvat müalicəyə tabe olmayan ürək çatışmazlığı inkişaf edir.

 

Xəstələrdə baş verən ölümün səbəbləri:


1. Proqressivləşən ürək çatışmazlığı.
2. Həyat üçün təhlükəli ritm pozğunluğu.
3. Müxtəlif lokalizasiyalı emboliyalar.

 

Miokarditin bu formasında xəstələrdə ölüm qəfildən baş verir.

 

Diaqnoz qoyulan zaman elektrokardioqrammanın və exokardioqrammanın nəticələri əsas götürülür. Rentgen müayinəsi və bəzi laborator müayinələrin də diaqnozun qoyulmasında rolu böyükdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama