Soyuq havanın ürəyə zərəri
15.12.2020 10:14

Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlərə zərərli olduğunu düşünür və belə havalarda bu cür xəstələri bayıra çıxmamalarını tövsiyə edirlər.

 

Aztibb.az xəbər verir ki, ürək həkimi doktor Kaan Kulan soyuq havanın ürək damarlarının daralmasına səbəb olduğunu söyləyir və belə havalarda ürək və şəkər xəstələrinin diqqətli olmalarını söyləyir. Həkim soyuq və küləkli havalarda belə xəstələrin üz, ağız və sinə hissələrini qalın örtüklə örtmələrini məsləhət edirlər.

 

Onun araşdırmalarına əsasən soyuq hava ürək ritmlərinin pozulmasına, qrip və digər soyuqlamalar səbəbli ürək xəstəliklərinin ağırlaşmalarına səbəb ola bilir.


Qrip xəstəliyinin ürək və ağciyər xəstələri üçün təhlükəli olduğunu söyləyən həkim, ürək xəstəliklərindən əziyyət çəkən adamların soyuq havalarda daha da diqqətli olmalarını tövsiyə edir. Çünki qrip revmatizmaya səbəb olan yuxarı tənəffüs yollarının xəstəliklərinin ağırlaşmalarına səbəb ola bilir.

 

Doktor Kaan Kulan hətta ürək xəstəliklərindən şikayətləri olmayan adamların belə həddən artıq soyuq havalarda sinə və üz hissələrinin isti bükülməsini tövsiyə edir. Çünki  soyuq havlarda orqanizmin istilik dərəcəsi aşağı düşdüyü üçün damarlarda spazmlar baş verə bilir ki, bu da ürək damarlarına lazım olan qədər qanın getməməsinə səbəb ola bilir. Buna görə də həkim ürək xəstələrinə sərt soyuqlar zamanı yüngül geyinməyi, soyuq havada çox qalmağı, soyuqda odun qırmağı, ağac kəsmək kimi qış işlərini görməyi məsləhət görmür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama