Hemolitik anemiyanın kliniki mənzərəsi - ƏLAMƏTLƏRİ 
15.12.2020 10:11

Hemolitik anemiya xəstəliyinin təzahürləri müxtəlifdir.

 

Aztibb.az xəbər verir ki, hemolitik anemiyanın əlamətləri aşağıdakılarla əlaqədardır:

 

1. Hemolizin inkişaf etməsindən;
2. Hansı patogenetik mexanizmin üstünlük təşkil etməsindən;
3. Orqanlarda baş verən dəyişikliklərdən (qaraciyər və dalaq);
4. Hemolizin baş verdiyi yerdən;
5. Fon xəstəlikləri.

 

Xəstəliyin ilkin mərhələlərində müxtəlif səbəblər üzündən (travma, infeksiya) üzündən temperaturun yüksəlməsi, bel nahiyyəsində ağrılar, titrətmə və ondan sonra sarılıq əlamətləri özünü göstərir. Xəstəlik irəlilədikcə əlamətlər artır və yalnız remissiya zamanı əlamətlər azalır.

 

Hemolitik anemiya kəskinləşdikcə xəstələrin dalağında və qaraciyərində böyümə, ətrafların aşağı hissəsində, burunun ucunda və qulaqlarda göyərmələr baş verir.

 

Xəstəliyin kriz zamanı əlamətlər daha parlaq olur. Bu zaman xəstələrdə temperatur yüksəlir, sarılıq intensivləşir, barmaqlarda Reyno sindromu meydana çıxır.

 

Xəstəliyə diaqnozun qoyulmasında hemoliz simptomları və autoantigenlərin müəyyənləşdirilməsi əsasında qoyulur.

 

Müalicə kortikosteroid hormonlarla aparılır. Bu preparatlar həmişə hemolizi dayandırır və ya onu əhəmiyyətli dərəcədə azaldır. Hormonal müalicə hematoloji və histoloji nəzarət altında aparılır.

 

Xəstəliyin təyini kifayət qədər olmadıqda splenomeqaliya tətbiq edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza