Uşağı yeməyə məcbur etmək onun psixoloji olaraq yeməkdən diksinməsinə səbəb olur - Həkim-pediatrdan tövsiyələr
14.12.2020 20:17
"Uşaq ona təklif edilən qidadan imtina edirsə, onu yeməyə məcbur etmək uşağın psixoloji olaraq yeməkdən diksinməsinə, tədricən onda qidalanma aktına qarşı ikrah hissinin yaranmasına, yeməyi görəndə ürək bulanma, öyümə, qusma kimi halların yaranmasına gətirib çıxaracaq".
 
Aztibb.az xəbər verir ki, bu barədə pediatr Günay Rəsulova sosial şəbəkə hesabında məlumat verib.
 
Həkim uşaqları yeməyə təşviq etməyin yollarından danışaraq bildirib ki, uşaq yemirsə onun acmasını gözləmək lazımdır: 
 
"Əsas öyün yeməklərinə qədər uşaqlara verilən atışdırmalıqlar onları tox tutur və qidadan imtinaya zəmin yaradır. Xüsusilə uşağın tez tez qəbul etdiyi şirniyyat, şirin çay, kompot və s. kimi şəkərli yeməklər qan şəkəri səviyyəsini daim yüksək tutduğuna görə uşaqda beyində aclıq mərkəzinin oyanmasının, nəticədə də uşağın aclıq hiss etməsinin qarşısını alır. Belə hallarda sadəcə səbrli olmalı, növbəti öyünə qədər gözləməli, uşağın acmasına fürsət verməlisiniz".
 
G.Rəsulova, həmçinin bu zaman yol verilən səhvlərdən bəhs edib. Onun sözlərinə görə, uşağı yeməyə məcbur etmək (boğazına tökmək, başını qatıb yeməyi ağzına dürtmək, yeməyi verib ardından şirniyyat vermək və s.), ac qalmaması üçün şirniyyat, şirin çay, zərərli yeməklər (sosiska, kolbasa və s.) vermək, bütün günü ardınca gəzib “heç olmasa nəsə“ yedirməyə çalışmaq, həkimlə məsləhətləşmədən uşağa durmadan vitamin, iştahaçıcı içirmək, uşaq yemədiyi üçün yatarkən, yuxuda onu yedirməyə çalışmaq doğru yanaşma deyil. 
 
Həkim-pediatr bu hallarla rastlaşdıqda həll yollarını da təqdim edib:
 
-Uşağın acmasına fürsət vermək;
-Uşaqda qidalanma prosesinə həvəs yaratmaq (yeməyi birlikdə hazırlamaq, yeməyi maraqlı bəzəmək, cəlbedici etmək, mümkünsə ailə ortamında uşağı yeməyə oturtmaq);
-Uşaqda qidalanma probleminə səbəb ola biləcək hər hansı problem və ya xəstəlik ola biləcəyi üçün onu vaxtında pediatr müayinəsinə aparmaq, lazımi analizlərdən keçirmək;
-Uşağın həvəslə yediyi miqdardan artığına məcbur etməmək;
-Ən az yeməkdən 2 saat əvvələ qədər uşağa sudan başqa heç nə verməmək;
-Uşağın normal iştahının olması üçün onu açıq havaya tez tez çıxarmaq, aktiv oyunlar oynamasına şərait yaratmaq;
-Uşağın iştahına təsir göstərən önəmli səbəbdən biri kimi yuxu rejiminin normal olmasına diqqət etmək (problem varsa həll etmək);
-Uşağın keçirdiyi hər hansı xəstəlik zamanı iştahın keçici olaraq azala bilməsi ehtimalı olduğundan onu yeməyə məcbur etməmək, əvəzində bol maye içirməyə çalışmaq lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza