KT müayinəsində 5-10%-ə qədər buzlu şüşə mənzərəsi olan şəxslər antibiotik istifadə ETMƏMƏLİDİR
14.12.2020 10:04

Koronavirusun yayılmağa başladığı ilk günlərdən bu xəstəliklə mübarizədə yaxından iştirak edən həkim-radioloq Aydın Əliyev COVID-19-la bağlı tövsiyələrini sosial şəbəkə hesabında paylaşıb.

 

Aztibb.az həmin tövsiyələri təqdim edir: 

 

- Apteklər təcili olaraq zəruri dərman preparatları ilə təmin edilməlidir. COVID-19-un müalicəsində istifadə edilən əsas dərman preparatları tapılmır və ya baha qiymətə təklif olunur.

 

- Xəstəliyin əlamətləri müxtəlif insanlarda çox fərqlidir və bu həm həkimləri, həm də xəstələri çaşdırır! Bəzən heç qızdırması olmayan xəstə çox ağırlaşır, bəzən qızdırması olan xəstə yüngül keçirir, bəzən də həm qızdırma, həm də ağırlaşma olur.

 

- Xüsusən yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər - baş ağrısı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahsızlıq, hərarətin yüksəlməsı, ürəkbulanma, qusma və s. oxşar şikayətlər zamanı, ilk növbədə COVID-19-dan şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan yaxma-sıyrıntı-test analizi verməlidir.

 

- Test analizi mənfi çıxarsa, bununla belə yuxarıda sadalanan şikayətlər davam edərsə və ya artarsa mütləq döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası (KT) edilməlidir. Əgər təqribən 15-20%-dən çox buzlu şüşə mənzərəsi varsa dərhal müalicə başlamalıdır.

 

- KT müayinəsində buzlu şüşə mənzərəsi 30%-dən çoxdursa və xüsusən yanaşı xəstəliyi varsa, xəstə mütləq stasionar müalicə almalıdır. Bu halda təcili yardım və qaynar xəttlərə davamlı zəng edib stasionar müalicə tələb edin. KT müayinəsində 50%-dən çox buzlu şüşə görüntüsü olan xəstələrdə bəzən şikayət çox cüzi olsa da, bəzən belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir.

 

- Yüngül şikayətləri olan, yanaşı xəstəliyi olmayan və xəstəliyin əlamətlərinin təzahüründən 5-12 günlərində KT müayinəsində 5-10%-ə qədər buzlu şüşə mənzərəsi olan şəxslər panik olmasınlar və qəti surətdə antibiotiklər, deksametazon, damar daxili inyeksiyalar-sistemlər etməsinlər. Bu yolla öz xəstəliklərini çox ciddi şəkildə ağırlaşdıra bilərlər. 

 

- Test analizi müsbətdirsə, lakin heç bir şikayət, yanaşı ciddi xəstəlik və KT müayinəsində buzlu şüşə mənzərəsi yoxdursa heç bir müalicəyə ehtiyac yoxdur.

 

- Maska taxmaq (xüsusən KN95 və tibbi-cərrahi maska), 2 metr ara məsafəsi saxlamaq və əlləri 70-95%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya etmək, toplaşmamaq, yas yerlərinə getməmək, əl ilə görüşməmək, öpüşməmək çox vacibdir. Çünki ən yaxşısı yoluxmamaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər