Koronavirusla göz problemləri arasında əlaqə müəyyən olunub
13.12.2020 22:06

Göz ağrısı koronavirusun başlanğıc əlamətlərindən biridir və xəstəliyin erkən mərhələsini göstərə bilər.

 

Aztibb.az xarici KİV-ə istinadən bildirir ki, göz iltihabı ilə koronavirus arasında əlaqə Britaniyanın Anqlia Raskin Universitetinin (ARU) alimləri tərəfindən araşdırılıb. Tədqiqatın nəticələri "BMJ Open Ophthalmology" jurnalında dərc edilib.

 

Həkimlər koronavirus xəstələri arasında sorğu keçirərək koronavirusun erkən simptomlarının siyahısını hazırlayıb.

 

Koronavirus xəstələrinin 81 faizi erkən mərhələdə göz problemlərindən narahat olduqlarını qeyd ediblər. Onların 18 faizi fotofobiyadan (işığa qarşı həssaslıq), 17 faizi qaşıntıdan, 16 faizi gözdəki ağrılardan şikayət edib.

 

Respondentlərin sözlərinə görə, bu simptomlar iki həftəyə qədər davam edib.

 

Tədqiqatçılar göz ağrısının COVID-19 simptomları siyahısına daxil edilməsinin vacibliyini vurğulayıblar. Onların fikrincə, göz simptomlarının tədqiqi, COVID-19-un insan orqanizminə girməsinin mümkün yolunu göstərməyə və onun yayılma yollarını izləməyə imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza