Qadınlara gözəllik bəxş edən - Xanımotu
29.07.2020 18:47

Vaxtilə italyan xanımları kosmetik vasitə kimi xanımotunun şirəsini gözlərinə damızdırar və yanaqlarına sürtərdilər. Bunun səbəbi şirənin təsirindən göz bəbəklərinin daha parlaq görünməsidir. Bitkinin adının italyan dilindən tərcümədə “gözəl xanım” olması da bununla əlaqədardır. Bitkini bəzən “meşə gözəli” də adlandırılar.

 

Aztibb.az xəbər verir ki, xanımotunun tərkibində olan alkoloidlər, xüsusilə atropin kiçik dozada qəbul edildikdə mərkəzi sinir sisteminə oyadıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, nəfəs almanı tənzimləyir, tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırır.

 

Bundan başqa, dəridə, xüsusilə üz və boyun nahiyəsində qan damarlarını genişləndirir, nazal sinirin tonusunu zəiflədir, atroventrikulyar keçiriciliyi yaxşılaşdırır və ürək döyüntülərinin sayını artırır. Xanımotu preparatları mədə və onikibarmaq bağırsaq yaraları, xroniki kolitlər, xolesistit, xolangit və öd daşı, böyrək ağrıları, ruhi xəstəliklər, anesteziologiya və oftalmologiyada tətbiq edilir.

 

Köklərinin tərkibindəki skopolamın maddəsindən Parkinson xəstəliyinin müalicəsində istifadə olunur. Xanımotunun tərkibində olan alkoloidlər böyrəklər vasitəsilə orqanizmdən xaric edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub