İtkin düşmüş hərbçilərin ailələrinə psixoloji dəstək verilir
13.12.2020 12:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin post müharibə dövrü üzrə psixoloji dəstək tədbirləri itkin düşmüş hərbçilərin ailələrini də əhatə edir.

 

ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən verilən məlumata görə, son günlərdə Agentliyin psixoloq və psixiatrlardan ibarət qrupları Bakı, Abşeron, Sumqayıt, Quba, Xaçmaz, Qazax, Gəncə, Tovuz, Şamaxı, Masallı, Füzuli şəhər və rayonları üzrə 19 itkin ailəsi ilə görüşüblər. Onlardan psixoloji yardıma ehtiyacı olan 13 ailə ilə müvafiq istiqamətdə işlər aparılır.

 

Bununla yanaşı, Agentlik şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini də davam etdirir. Ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar da keçirilir.

 

Qurumun “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) də müraciətlərin məzmununa uyğun olaraq vətəndaşları psixoloji dəstək yönümlü xidmətlərlə təmin edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır