Hansı qidaları acqarına yemək orqanizm üçün zərərlidir?
12.12.2020 23:29

Bir sıra qidaları acqarına qəbul etmək orqanizmə mənfi təsir göstərə bilər.

 

Aztibb.az həmin qidaları təqdim edir:

 

Sitrus meyvələri

Sitrus meyvələrinin tərkibində çoxlu meyvə turşuları var. Bu səbəbdən də oları acqarına yemək olmaz. Meyvə turşuları mədənin selikli qişasını aşılayır. Əgər səhərlər könlünüzdən sitrus meyvəsi və ya şirəsi keçirsə, o zaman əvvəlcə yulaf həlimi için, sonra istədiyiniz sitrus meyvəsini yeyin. Yulaf həlimi mədənin divarını və selikli qişasını aqressiv qıcıqlanmalardan qoruyur.

 

Banan
Bananın tərkibində çox miqdarda olan maqnium ürək-damar sisteminə pis təsir edir. Bu səbəbdən də bananı acqarına yemək məsləhət görülmür.

 

Soyuq içkilər  
Acqarına soyuq maye qəbul eləmək məsləhət deyil. Səhər qəbul etmək istədiyiniz mayenin azca illıq olması mədə-bağırsaq fəaliyyəti üçün çox faydalıdır.

 

Kofe
Davamlı olaraq səhərlər acqarına kofe içmək mədənin selikli qişasını qıcıqlandırır, diş minasını korlayır və qastrit xəstəliyinin əmələ gəlmə riskini artırır.

 

Şirniyyat
Səhər tezdən mədəaltı vəzin insulin ifrazı zəif olur. Bu səbəbdən də acqarına çox şirniyyat yemək olmaz. Bu qanda şəkərin miqdarını artıra bilər.

 

Qatıq  
Acqarına qatıq yemək məsləhət deyil. Çünki, boş mədədə həzmin getməsi üçün yetərincə lazım olan mikroorqanizmlər vardır. Tərkibində süd turşusu olan maddələr isə bu mikroorqanizmlərin məhvinə səbəb olur. Əgər qatıq yemək istəyirsinizsə o zaman günorta yeməyindən yatana qədər istədiyiniz zaman yeyə bilərsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər