Düzgün qidalanmamaq orqanizmi istənilən virus infeksiyası qarşısında aciz qoyur
12.12.2020 23:10

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə bəzən həm sağlam qidalanmadan, həm də pəhriz saxlamaqdan imtina edənlər olur. Düzgün qidalanmamaq isə artıq çəkiyə və bəzi xəstəliklərin yaranmasına səbəb olur.

 

Aztibb.az xəbər verir ki, pəhriz saxlamaq istəyənlərin diqqət yetirməli məsələlərindən danışan həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Düzgün qidalanmamaq, kortəbii diyetalar, arıqlamaq üçün qəbul edilən dərmanlar immun sistemini o qədər zəiflədir ki, orqanizm istənilən virus infeksiyası qarşısında acız qalır. Pandemiya dövründə immuniteti zəif olan, siqaret çəkən, arıqlamaq üçün dərmanlar istifadə edən və mədəkiçiltmə əməliyyatına məruz qalanlar xüsusilə ehtiyatlı olmalıdırlar”.

 

Həkim-diyetoloqun dediyinə görə, pandemiya zamanı, həmçinin stresdə olarkən diyeta saxlamaq çətinlik yaradır, eyni zamanda, immun sisteminə də mənfi təsir göstərir. Ən vacib şərtlərdən biri isə gündə üç dəfə düzgün qidalanmaqdır: “Səhər, günorta və axşam yeməyi mütləq vacibdir. İmmunitet sisteminin aktivləşməsi üçün səhər qəbul edilən qidaların əhəmiyyəti çox böyükdür. Saat 7-dən 9-a qədər qəbul edilən səhər yeməyi zamanı rasionda mütləq meyvə-tərəvəzlər də olmalıdır. Xüsusilə C vitamini ilə zəngin olan narıngi və portağal qəbulu vacibdir. Bununla yanaşı, tərkibində A və E vitamini olan, eləcə də B qrupu vitaminləri, dəmirlə zəngin meyvələrə üstünlük verilməlidir. Kəskin respirator virus infeksiyalarının yayıldığı dövrdə süfrədə qırmızı ət, balıq əti, proteinlə zəngin qidalar olmalıdır. Axşam saatlarında orqanizm ağırlaşır, qanda şəkərin səviyyəsi yüksəldiyindən təzyiq də arta bilər, ona görə də yüngül qidalar qəbul edilməli, çoxlu maye içilməlidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza