Rusiyalı həkim pandemiyadan sonra yeni epidemiya barədə xəbərdarlıq edib
12.12.2020 14:24

Gələn il Rusiyada vərəm xəstəliyinin kütləvi yayılması baş verə bilər.

 

Aztibb.az www.gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Uzaq Şərq regionu üzrə baş vərəm mütəxəssisi Pavel Fadeyev "Çita.ru"ya bildirib.

 

Həkimin sözlərinə görə, koronavirus pandemiyası fonunda xəstələrin dispanserlərə yerləşdirilməsini məhdudlaşdırmaq lazım gəlib. Bunun nəticəsində profilaktik müayinələrin sayı 30 daiz azalıb.

 

P.Fadeyev qeyd edib ki, bu, vərəm xəstələrinin natamam üzə çıxarılmasına və son nəticədə isə onun yayılmasına gətirib çıxaracaq. Çünki xəstəliyi ilk mərhələlərdə aşkarlamaq çox çətindir.

 

"Yəni biz vaxtında dispanserləşdirmə keçməyən və flüoroqrafiya etməyən bu insanların hesabına vərəm xəstələrinin sayının artmasını gözləyirik”, - həkim əlavə edib.

 

Pavel Fadeyevin sözlərinə görə, xəstəliyin yayılmasının başqa mənbəyi COVID-19-a yoluxmuş insanlar ola bilər. Onların zərər çəkmiş ağciyərləri vərəm törədiciləri üçün asan hədəf olacaq.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır