Tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılması davam etdirilir
11.12.2020 22:21

Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılması davam etdirilir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, dörd orta tibb işçisindən (vaksinator daxil olmaqla) ibarət briqadalar noyabr ayından tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılması işini aparırlar.

 

Ötən müddətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Doğum Mərkəzində, Stomatoloji Mərkəzdə 72, rayon mərkəzi xəstəxanalarında isə 149 nəfər hepatit B vaksini ilə immunlaşdırılıb.

 

Qeyd edək ki, həm obliqat, həm də risk qrupuna (xüsusilə ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələrinin işçiləri) daxil olduqları üçün tibb işçilərinin hepatit B virusuna yoluxma ehtimalı daha çoxdur. Odur ki, bu təhlükəli virus infeksiyası ilə qarşılaşmamaq üçün tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılması profilaktik tədbirlər sırasında xüsusi yer alır. Vaksinasiyanın növbəti turu üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində komissiya yaradılıb.

 

Tibb müəssisələrinin baş həkimləri, dializ şöbəsi və ya bölmələrinin müdirləri də komissiyada təmsil olunublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır