Maskanı düzgün taxmamağın təhlükəli nəticəsi açıqlanıb
11.12.2020 21:59

"Üzə möhkəm yapışmayan maska göz quruluğuna və görmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər".

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva poliklinikasının baş həkimi Denis Serov bildirib.

 

Onun sözlərinə görə, maska üzə möhkəm yapışmayanda tənəffüs prosesində çıxan hava əsasən yuxarıdan çıxır və göz yaşı plyonkasının vaxtından əvvəl buxarlanmasına səbəb olur.

 

“Bu vəziyyət, bir qayda olaraq, narahatlıq şəklində hiss olunur və bir çox hallarda görmə kəskinliyinin azalmasına və hətta korneanın (gözün şəffaf təbəqəsinin) zədələnməsinə səbəb ola bilər”, - mütəxəssis vurğulayıb.

 

O, birdəfəlik maskanı iki-üç saatdan çox olmamaq şərtilə üzə yaxşı oturdulmuş formada geyməyin zəruri olduğunu qeyd edib. Gözdə problem yarandıqda həkim təbii göz damcılarına əsaslanan nəmləndirici damcılardan istifadəni tövsiyə edib, görmə qabiliyyətinin getdikcə pisləşməsi halında isə təcili olaraq ixtisaslaşmış yardıma müraciət etməyin zəruri olduğunu bildirib.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır