Alimlər onkoloji xəstəliklərlə bağlı yeni müalicə üsulu irəli sürüblər
11.12.2020 10:31

İsveçrənin Sürix Ali Texniki Məktəbinin alimləri xərçəng xəstəliyi əleyhinə dərmanların birbaşa onkoloji şişə çatdırılması probleminin gözlənilməz həllini təklif ediblər. Onlar qan damarlarındakı maqnit sahəsi ilə idarə oluna bilən bakteriyalardan istifadəni məqsədəuyğun sayırlar.

 

Aztibb.az "RİA Novosti"yə istinadən xəbər verir ki, belə bakteriyalar təbiətdə hələ 45 il əvvəl tapılıb və “Magnetospirillum” adını alıb. Bu bakteriyalar suda həll edilmiş dəmiri udurlar, sonra onlarda dəmir oksidin kristalları yaranır.

 

Sınaqlar göstərir ki, bu bakteriyalar kompas oxu kimi Yer kürəsinin maqnit sahəsinin oxu boyunca düzülürlər. Və əgər bakteriyaya maqnit qatılsa, onlar maqnit qütblərinin ətrafına toplanırlar.

 

Alimlərin sözlərinə görə, maqnit sahəsinin köməyi ilə “Magnetospirillum”la mayelərin axınını idarə etmək olar.

 

Təcrübə çərçivəsində bakteriyaların hərəkəti qan axını ilə damarlarda simulyasiya edib.

 

Bu halda ekspertlər bakteriyaların fəallığını kiçik sahə ilə məhdudlaşdırmağa və maye axınını olduqca yüksək dəqiqliklə idarə etməyə nail olublar. Lakin bütün bunlar üçün bakteriyaların mayedə nisbətən yüksək konsentrasiyası tələb olunub.

 

Alimlər heyvanlarda və pasiyentlərdə metodikanın təhlükəsizliyini yoxlamalıdırlar. Bundan başqa, orqanizmdə bakteriyaların olması halında immun cavabının və allergik reaksiyaların olması da istisna edilmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır